Yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
29 Oktyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
123
29.10.2026, 22:42
Xalq artisti, görkəmli sənətkar Zaur Rzayev bu gün dünyasını dəyişdi. Efirlərə ara-sıra çıxan, çox nadir hallarda saytlara müsahibə verən sənətkar elə son müsahibələrindən birini də Moderator.az saytına vermişdi. Ayrı-ayrı mövzulardan ibarət müsahibə olduğu üçün bir hissəsi yayımlanmışdı, digər mövzular isə yayımlanmaq üçün öz zamanını gözləyirdi.. Sənətkar xəstəxanaya düşəndən sonra bir daha heç kimə danışmadı.. Onun haqda məlumatları yalnız ailə üzvləri və yaxın sənət dostlarının vasitəsilə almağa başladıq. Biz də sənətkarın verdiyi açıqlamaları yayımlamaq üçün səhhətinin yaxşılacağına ümid edirdik və səbirsizliklə gözləyirdik. Xəstə yatağında olan bir sənətkarın səhhətindən savayı digər mövzular haqda geniş müsahibəsinin yayımlanması etik olmadığı üçün biz bir müddət gözlədik. Əfsuslar olsun ki, bu açıqlamaları onun son müsahibəsi kimi ölümündən sonra dərc edirik.. Ruhunuz şad olsun, sənətkar.. Xalq artisti son açıqlamasında toy səhnəsinin efirlərə daşındığını təəssüflə qeyd edirdi:
“Səhnədə sən səhnə mədəniyyəti göstərməlisən. Oxumaq mədəniyyəti göstərməlisən. İndiki efirlərdə nələr görürük?! Bu onu tərifləyir, o bunu tərifləyir. Aparıcı soruşur ki, toya neçəyə gedirsən?! Toyun bura nə aidiyyatı var?! Həqiqətən də belədir də. Mən 50 il toylara getmişəm, indiyə qədər efirdə bir dəfə də toy adı çəkməmişəm” deyə bildirmişdi.
Sənətkar Zaur adının Azərbaycanda ilk dəfə ona verildiyini bildirmişdi:
“Mənə görə övladlarının adını Zaur qoyanlar var idi. O zaman 70-ci illərdə ilk dəfə efirə çıxırdım. Hamı bir-birinə deyirdi ki, bu nə addır?! Sonradan dedilər ki, Zaur gözəl ad imiş ki. Bu adla nə qədər insanlar böyüdü, inkişaf etdi. Azərbaycanda ilk Zaur adı mənə qoyulub. Bu ərəb mənşəli sözdür. Zəvvar deməkdir” deyə sənətkar bildirmişdi.
Zaur Rzayev son olaraq arzularından söz açmışdı:
“73 yaşım var. Çox gəzmişəm, dünyada olmadığım yer, görmədiyim insan yoxdur. Hər zaman da xalqın içində olmuşam. Xalqın dəyənəyinin qabağında durmuşam. Haqq sözünü demişəm. Allaha inanmışam, xalqımı, bayrağımı, dövlətimi sevmişəm. Bundan böyük nə var ki? Kreslo da, vəzifə də bu gün üçündür. Vəzifəlilərin çoxu mənim dostumdur. Onlara necə yaltaqlıq olunduğunu çox gözəl bilirəm və görürəm. Vəzifədən düşəndən sonra da başlayırlar vaxtilə təriflədiklərini pisləməyə. Həyatda kasıb yaşaya bilərsən, amma mərdi-mərdanə yaşamaq çətindir. Heç kim acından ölməyəcək. İnsan istəsə 10 manatla da yaşayır, 10 qəpiklə də. O baxır insanın yaşantısına” deyə sənətkar son müsahibəsində bildirmişdi.
Qeyd edək ki, Xalq artisti Zaur Rzayevin uzun müddətdir səhhətində problemlər yaranmışdı. Müğənni daim Azərbaycan incəsənətinin keşiyində dayanıb, musiqimizi xarici ölkələrdə təmsil edib. Müğənni 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışmağa başlayıb. 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Sənətkar həmçinin Dağıstan Respublikasının da “Xalq artisti” fəxri adını daşıyırdı. Allah rəhmət etsin!
23:11 / 29 Oktyabr 2026
37
23:08 / 29 Oktyabr 2026
8
23:05 / 29 Oktyabr 2026
244
23:00 / 29 Oktyabr 2026
36
22:50 / 29 Oktyabr 2026
40
22:47 / 29 Oktyabr 2026
46
22:37 / 29 Oktyabr 2026
49
22:34 / 29 Oktyabr 2026
62
22:32 / 29 Oktyabr 2026
60
22:30 / 29 Oktyabr 2026
117
22:27 / 29 Oktyabr 2026
70
22:24 / 29 Oktyabr 2026
70
22:17 / 29 Oktyabr 2026
60
22:11 / 29 Oktyabr 2026
85
22:07 / 29 Oktyabr 2026
75
21:48 / 29 Oktyabr 2026
95
21:45 / 29 Oktyabr 2026
940
21:42 / 29 Oktyabr 2026
109
21:33 / 29 Oktyabr 2026
75
21:31 / 29 Oktyabr 2026
157
21:27 / 29 Oktyabr 2026
80
21:18 / 29 Oktyabr 2026
79
21:04 / 29 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.