Hikmət Hacıyev paylaşım etdi
29 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
29.10.2026, 22:11
Bəzi kolleclərin profilinə uyğun olaraq ali təhsil müəssisələrinin tərkibinə verilməsi, bir qisminin isə fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili Anar İsgəndərov “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən deyib. Deputatın sözlərinə görə, burada əsas hədəf kolleclərin uyğun ali təhsil müəssisələri ilə əlaqələndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.
Maraqlıdır, ölkədə kolleclər hansı kolleclər bağlanacaq?
Oxu24.com xəbər verir ki,təhsil eksperti Ramil Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, kolleclərin ali təhsil müəssisələrinin strukturuna daxil edilməsi ilə bağlı müzakirələr davam edir:
“Hazırda universitetlərdən kənarda fəaliyyətini davam etdirən kolleclərin sayı məhduddur və onların arasında regionlarda yerləşən təhsil müəssisələri də var. Paytaxtdakı kolleclərin böyük hissəsi isə müxtəlif universitetlərin tabeliyindədir.
Orta ixtisas təhsilinin mövcud durumunu dəyərləndirərkən bir sıra məsələlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Xüsusilə, kolleclərdə oxuyan tələbələrin hərbi xidmətlə bağlı möhlət imkanlarının bəzi hallarda məhdud olması ciddi suallar doğurur”.
Ekspert qeyd edib ki, subbakalavr dərəcəsi qazanan gənclər ali məktəblərə müraciət etdikdə, seçdikləri ixtisaslara uyğun qəbul olunmaq baxımından müəyyən maneələrlə qarşılaşırlar:
“Məhz bu amillər orta ixtisas təhsilinin gənclər arasında cəlbediciliyini azaldan səbəblərdən birinə çevrilir. Ali təhsil almaq üçün kifayət qədər biliyi və hazırlığı olan abituriyentlərin bir qismi kollecə üz tutmaq əvəzinə, universitetə qəbul üçün hazırlaşmağa üstünlük verir.
Bəzi hallarda biz də gənclərə gələcək təhsil imkanlarını əvvəlcədən nəzərə almağı və ali məktəbə birbaşa qəbul variantını seçməyi məsləhət görürük. Çünki kolleci başa vurduqdan sonra universitetə daxil olmaq hər zaman gözlənilən nəticəni verməyə bilər”.
Onun sözlərinə görə, gənclərin peşə təhsili ilə kollec arasında seçim etməsi məsələsi də diqqət tələb edir:
“Ayrı-ayrı sahələrdə praktiki bacarıqlar qazandıran peşə təhsili daha səmərəli seçim ola bilər. Kollec məzunlarının iş tapmaq imkanları isə bütün istiqamətlər üzrə eyni səviyyədə deyil. Tibb sahəsində təhsil alanlar müəyyən istisna təşkil etsə də, digər ixtisaslar üzrə diplom əldə edənlərin işə düzəlməsi bəzən çətinləşir. İşə qəbul prosesində müəssisələrin ali təhsilli namizədlərə daha çox üstünlük verməsi orta ixtisas təhsili alanların rəqabət imkanlarını zəiflədir.
Kolleclərin fəaliyyətinin gücləndirilməsi üçün isə ilk növbədə, əmək bazarının real tələbləri nəzərə alınmalıdır. Qəbul göstəricilərinin müəyyənləşdirilməsi və ixtisaslar üzrə tələbə seçiminin təşkili yenilənməli, hazırlanan kadrların gələcəkdə iş tapmaq imkanları əsas meyarlardan biri kimi götürülməlidir”.
23:00 / 29 Oktyabr 2026
15
22:50 / 29 Oktyabr 2026
33
22:47 / 29 Oktyabr 2026
38
22:42 / 29 Oktyabr 2026
104
22:37 / 29 Oktyabr 2026
46
22:34 / 29 Oktyabr 2026
58
22:32 / 29 Oktyabr 2026
54
22:30 / 29 Oktyabr 2026
113
22:27 / 29 Oktyabr 2026
63
22:24 / 29 Oktyabr 2026
66
22:17 / 29 Oktyabr 2026
56
22:07 / 29 Oktyabr 2026
71
21:48 / 29 Oktyabr 2026
91
21:45 / 29 Oktyabr 2026
866
21:42 / 29 Oktyabr 2026
107
21:33 / 29 Oktyabr 2026
74
21:31 / 29 Oktyabr 2026
154
21:27 / 29 Oktyabr 2026
78
21:18 / 29 Oktyabr 2026
78
21:04 / 29 Oktyabr 2026
108
21:02 / 29 Oktyabr 2026
126
20:49 / 29 Oktyabr 2026
225
20:41 / 29 Oktyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.