30 oktyabrda bizi NƏLƏR GÖZLƏYİR? -ULDUZ FALI
29 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
115
29.10.2026, 20:23
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.
Bu barədə Oxu24.com-a universitetdən məlumat verilib.
Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.
O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə dəvət olunaraq Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin Elm, təhsil və mədəniyyət bölməsinin müdiri vəzifəsinə təyin edilib. 1993-cü ildən Aparatın Daimi komissiyalar katibliyində, 1994-cü ildən isə Daimi komissiyalar şöbəsində rəhbər vəzifələrdə çalışıb. 1995-2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsini icra edib.
Adilə Abbasova qadın problemlərinə həsr olunmuş beynəlxalq toplantılarda Azərbaycanı müxtəlif ölkələrdə təmsil edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2020-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ölkə.az
21:19 / 29 Oktyabr 2026
1
21:18 / 29 Oktyabr 2026
23
21:04 / 29 Oktyabr 2026
47
21:02 / 29 Oktyabr 2026
62
20:49 / 29 Oktyabr 2026
83
20:41 / 29 Oktyabr 2026
64
20:37 / 29 Oktyabr 2026
582
20:17 / 29 Oktyabr 2026
82
19:58 / 29 Oktyabr 2026
163
19:31 / 29 Oktyabr 2026
97
19:19 / 29 Oktyabr 2026
167
19:11 / 29 Oktyabr 2026
108
19:02 / 29 Oktyabr 2026
311
18:46 / 29 Oktyabr 2026
216
18:39 / 29 Oktyabr 2026
153
18:32 / 29 Oktyabr 2026
119
18:21 / 29 Oktyabr 2026
121
18:05 / 29 Oktyabr 2026
164
17:55 / 29 Oktyabr 2026
154
17:50 / 29 Oktyabr 2026
995
17:48 / 29 Oktyabr 2026
108
17:43 / 29 Oktyabr 2026
16935
17:36 / 29 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.