Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər QOYDU

Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər QOYDU

CƏMİYYƏT

130

29.10.2026, 18:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Oxu24.com xəbər verir ki, iclasda çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polis rəisləri qarşısında konkret tapşırıqlar qoyub.

İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran nazir əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib.

Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin, idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.