Qaynar xətt:

(+99450) 247 90 86

Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – sıra onlara çatır? 

Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – sıra onlara çatır? 

CƏMİYYƏT

240

29.10.2026, 15:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızının mətbuata açıqlaması birmənalı qarşılanmayıb. Bir çoxları onun atasının vətənə xəyanətdə ittiham olunmasını əsas gətirərək qızının vəzifəsində qalmasını doğru hesab etmir. Bəzi şəxslər hesab edirlər ki, Mehdiyev müəyyən imtiyazlardan məhrum edilibsə, onun ailə üzvləri də hansısa formada sanksiyalara məruz qalmalıdır. Arqumentləri budur ki, onlar o vəzifəyə Mehdiyevin vasitəsilə gəliblər.

Bu yanaşma nə dərəcədə doğrudur?

Oxu24.com xəbər verir  ki,Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Ramiz Mehdiyevin qızı heç vaxt özünü başqalarından üstün tutmayıb:

“Mən onun qızı haqqında çox müsbət fikirlər eşitmişəm. Kamilə Əliyeva həmişə insanlarla münasibətdə səmimi və mehriban davranıb. Eyni zamanda, öz işini mükəmməl bilir və peşəkar fəaliyyətini layiqincə yerinə yetirir. Atasının əməllərinə görə niyə məsuliyyət daşımalıdır?”.

Oxu:  Ramiz Mehdiyev harada dəfn olunacaq?

Hüquq müdafiəçisi bildirib ki, istənilən insanı ailə üzvlərinin hərəkətlərinə görə yox, öz fəaliyyətinə və davranışlarına əsasən qiymətləndirmək lazımdır:

“Əgər Mehdiyevin qızının işində hər hansı narazılıq yoxdursa, vəzifə öhdəliklərini layiqincə yerinə yetirirsə, sırf atasına görə işdən çıxarılması nə dərəcədə doğrudur? Belə yanaşma nə obyektivlik, nə də ədalət prinsipləri ilə uzlaşır. Hər kəs öz əməllərinə görə qiymətləndirilməli, başqasının məsuliyyəti onun üzərinə qoyulmamalıdır”.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib. Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb. Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Bütün bunlarla bağlı onun qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva sualları cavablandırmaqdan imtina edib. “Vaxtımız yoxdur, danışmaq da istəmirəm”, – K.Əliyeva bildirib. R.Mehdiyevin qızı daha sonra telefonu bağlayıb.