Ramiz Mehdiyev harada dəfn olunacaq?
29 Oktyabr 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
29.10.2026, 13:45
Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir.
Oxu24.com xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.
"Belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası "Real TV"nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayır ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.
Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəkdir", - bildirilib.
14:43 / 29 Oktyabr 2026
15
14:40 / 29 Oktyabr 2026
75
14:32 / 29 Oktyabr 2026
41
14:29 / 29 Oktyabr 2026
42
14:11 / 29 Oktyabr 2026
429
13:55 / 29 Oktyabr 2026
62
13:26 / 29 Oktyabr 2026
83
13:16 / 29 Oktyabr 2026
97
13:14 / 29 Oktyabr 2026
108
13:08 / 29 Oktyabr 2026
377
13:05 / 29 Oktyabr 2026
94
13:02 / 29 Oktyabr 2026
677
12:59 / 29 Oktyabr 2026
97
12:56 / 29 Oktyabr 2026
74
12:50 / 29 Oktyabr 2026
73
12:45 / 29 Oktyabr 2026
147
12:37 / 29 Oktyabr 2026
142
12:35 / 29 Oktyabr 2026
108
12:30 / 29 Oktyabr 2026
188
12:29 / 29 Oktyabr 2026
78
12:17 / 29 Oktyabr 2026
82
12:14 / 29 Oktyabr 2026
79
12:02 / 29 Oktyabr 2026
583
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.