Uşaqlar üçün yaşayış minimumu artırılır — AÇIQLAMA
29 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
29.10.2026, 13:26
Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olmuş Səxavət Məmmədov ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənmişdir. Səxavət Məmmədov 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olmuşdur. 1983–88-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil etmişdir. Onun yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranmışdır. Səxavət Məmmədov "Qarabağ"la təkcə Azərbaycanı deyil, keçmiş SSRİ-ni və bir çox Avropa ölkələrini də gəzib dolanmış, muğamla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırmışdır.
Səxavət Məmmədov bənzərsiz səsə malik olan çox istedadlı bir sənətkar idi. Onun səsi "Segah"a yatımlı, ruhu isə "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti də məhz "Segah" ladında idi. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və sair.
Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da Qaradağ rayonu ərazisində avtomobil qəzasında dünyasını dəyişmişdir. Məzarı Ağdamın Abdal-Gülablı qəbristanlığındadır.
Ruhun gəzir Qarabağda – muğamda,
Görünürsən Ay doğulan məqamda,
Minbər evin zil nəfəsdə - “Azan”da,
Zəngüləsi miqdarında – bəsində,
Tanrı rəhmin nota saldı səsində!
“Segah”a bağladın söz ahəngini,
“Bərdaşt”la səslədin yatmış türkünü,
Əsarətdən qəfil gələn bürkünü—
Azad quş tək ürək yatır sinəndə,
Tanrı rəhmin nota saldı səsində!
Segah adlı imarətin sarayça,
“Dəstgah” yatır o sarayda kolayça,
İlahidən verilibdi halalca,
İnsanlığa layiq olan kəsimdə,
Tanrı rəhmin nota saldı səsində!
Qorudun vətəni axan qanınla,
İsti nəfəsinlə, quru canınla,
İsraf eləmədin mülk-mülınla,
Dua etdi Kərbalada – məsciddə,
Tanrı rəhmin nota saldı səsində.
Pula hərisliyə nifrət elədin,
Cəbhədən-cəbhəyə “xəlvət” elədin,
Ölümlə üz-üzə söhbət elədin,
Xocalı daşnaklar ah-naləsində -
Tanrı rəhmin nota saldı səsində!
Səsinə qısqanıb qurğu qurdular,
Ən sadə üsulla səni vurdular,
Maşın qəzasına “əcəb” saldılar...
Yağı da ağladı sənin “yas”ında,
Tanrı rəhmin nota saldı səsində!
Tufan ürəyinin yeri görünür,
Cabbarı, Seyidi, Xanı görünür,
Şuşali-Ağdamlı varı körünür,
Səsin qaldı ürəklərin közündə,
Tanrı rəhmin nota saldı səsində!
Əmir Pəhləvan
14:32 / 29 Oktyabr 2026
1
14:29 / 29 Oktyabr 2026
14
14:11 / 29 Oktyabr 2026
255
13:55 / 29 Oktyabr 2026
57
13:45 / 29 Oktyabr 2026
62
13:16 / 29 Oktyabr 2026
94
13:14 / 29 Oktyabr 2026
102
13:08 / 29 Oktyabr 2026
313
13:05 / 29 Oktyabr 2026
89
13:02 / 29 Oktyabr 2026
622
12:59 / 29 Oktyabr 2026
91
12:56 / 29 Oktyabr 2026
73
12:50 / 29 Oktyabr 2026
69
12:45 / 29 Oktyabr 2026
137
12:37 / 29 Oktyabr 2026
137
12:35 / 29 Oktyabr 2026
106
12:30 / 29 Oktyabr 2026
178
12:29 / 29 Oktyabr 2026
77
12:17 / 29 Oktyabr 2026
80
12:14 / 29 Oktyabr 2026
79
12:02 / 29 Oktyabr 2026
569
12:01 / 29 Oktyabr 2026
81
11:56 / 29 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.