Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
18 Noyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
236
29.10.2026, 11:56
Azərbaycan və Rusiya arasında mövcud olan dövlətlərarası əlaqələr prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsana "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalının təqdim olunması mərasimində deyib.
Kamran Əliyev Azərbaycan və Rusiya prokurorluqları arasında yüksək səviyyəli işgüzar münasibətlərin və qarşılıqlı əlaqələrin mövcud olduğunu bildirib.
Baş prokuror qeyd edib ki, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafı qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.
O, Azərbaycan və Rusiya arasında formalaşmış dostluq münasibətlərinin və iki ölkənin hüquq-mühafizə orqanları arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Bu gün apardığımız müzakirələr və əldə etdiyimiz razılaşmalar xalqlarımızın, cəmiyyətlərimizin və dövlətlərimizin rifahı naminə əməkdaşlığımızı daha da gücləndirəcək”, – Kamran Əliyev vurğulayıb.
Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan da iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın ənənəvi olaraq yüksək səviyyədə olduğunu vurğulayıb. O, əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
16:45 / 18 Noyabr 2026
1
16:43 / 18 Noyabr 2026
24
16:41 / 18 Noyabr 2026
27
16:26 / 18 Noyabr 2026
56
16:21 / 18 Noyabr 2026
179
16:05 / 18 Noyabr 2026
87
16:00 / 18 Noyabr 2026
96
15:35 / 18 Noyabr 2026
92
15:32 / 18 Noyabr 2026
102
15:28 / 18 Noyabr 2026
92
15:22 / 18 Noyabr 2026
231
15:16 / 18 Noyabr 2026
113
15:12 / 18 Noyabr 2026
97
15:09 / 18 Noyabr 2026
118
15:05 / 18 Noyabr 2026
347
15:02 / 18 Noyabr 2026
109
14:58 / 18 Noyabr 2026
122
14:52 / 18 Noyabr 2026
105
14:44 / 18 Noyabr 2026
559
14:33 / 18 Noyabr 2026
151
14:22 / 18 Noyabr 2026
111
14:18 / 18 Noyabr 2026
124
14:06 / 18 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.