“Azea Group” işi böyüyür: rəhbərin həyat yoldaşı da SAXLANILDI
28 Oktyabr 2026, 15:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
99
28.10.2026, 14:18
Vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.
Oxu24.com xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanı, direktorlar (müşahidə) şurası) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxsə aşağıdakılar qadağan edilir:
- nümayəndə olduğu hüquqi şəxsdən, onun idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvlərindən hədiyyələrin qəbul edilməsi;
- nümayəndə olduğu hüquqi şəxsin payının (səhminin) və həmin hüquqi şəxsin əmlakının və ya əmlak hüquqlarının alınması;
- nümayəndə olduğu hüquqi şəxsdə hər hansı ödənişli vəzifənin tutulması.
Vəzifəli şəxs müəyyən edilmiş məhdudiyyətlərə nümayəndə funksiyasına xitam verildikdən sonra 2 (iki) il müddətində də əməl etməlidir.
Vəzifəli şəxs bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.
Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz.
Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.
15:21 / 28 Oktyabr 2026
1
15:09 / 28 Oktyabr 2026
63
14:51 / 28 Oktyabr 2026
52
14:42 / 28 Oktyabr 2026
56
14:40 / 28 Oktyabr 2026
70
14:30 / 28 Oktyabr 2026
82
14:16 / 28 Oktyabr 2026
64
14:07 / 28 Oktyabr 2026
81
14:00 / 28 Oktyabr 2026
71
13:52 / 28 Oktyabr 2026
104
13:40 / 28 Oktyabr 2026
81
13:25 / 28 Oktyabr 2026
96
13:15 / 28 Oktyabr 2026
113
13:13 / 28 Oktyabr 2026
149
13:05 / 28 Oktyabr 2026
1190
13:05 / 28 Oktyabr 2026
78
13:02 / 28 Oktyabr 2026
76
13:00 / 28 Oktyabr 2026
87
12:50 / 28 Oktyabr 2026
183
12:40 / 28 Oktyabr 2026
169
12:37 / 28 Oktyabr 2026
233
12:35 / 28 Oktyabr 2026
80
12:30 / 28 Oktyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.