Qaynar xətt:

(+99450) 247 90 86

Bu yol TAM BAĞLANIR

Bu yol TAM BAĞLANIR

CƏMİYYƏT

74

28.10.2026, 13:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.

Bu barədə Oxu24.com  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.