İş adamı dələduzluğa görə HƏBS EDİLDİ
28 Oktyabr 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
28.10.2026, 13:05
Dünyada dinlərarası dialoq dedikdə, ilk ağla gələn şəhər məhz Bakıdır.
Oxu24.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, bu gün dünyada gedən proseslərə nəzər salsaq, Azərbaycan, Bakı şəhəri dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzi hesab edilir:
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 90-cı illərdə daha çox dinlərarası və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idi. Amma artıq 20 ildir ki, Azərbaycan dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinin aktiv iştirakçısından əsas təşkilatçısına çevrilib. Bu gün dünyada iqtisadi sahədə müzakirələr dedikdə, ilk ağlımıza gələn şəhər Davosdur, Davos Forumudur. Yaxud hər hansı hərbi əməkdaşlıq dedikdə ağlımıza gələn şəhər Brüsseldir, NATO-nun baş qərargahının yerləşdiyi şəhərdir. Amma dinlərarası və mədəniyyətlərarası dialoq dedikdə isə bu gün dünyada ilk ağla gələn ölkə Azərbaycan, şəhər isə Bakıdır. Bu nöqteyi-nəzərdən, əslində, təkcə bizim regionumuz deyil, bütün dünyada hər kəs bunun fərqindədir ki, dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın razılığı və mövqeyi olmadan hansısa bir prosesi başa çatdırmaq mümkün deyil".
G.İsmayılov əlavə edib ki, bu gün mədəniyyətlərarası və dinlərarası dialoq prosesində Bakı dünyanın mərkəzi, Azərbaycan isə bu prosesin lokomotivi funksiyasını yerinə yetirir. Yəni əsas aparıcı qüvvədir:
"Təəssüf ki, bəşəriyyət inkişaf etdikcə, dinlərarası fərqlər həddən artıq qabardılır. Bəzən bu qabartma münaqişələrə, etnik-dini münaqişələrə, məzhəb zəminində münaqişələrə qədər gətirib çıxarır. Bu baxımdan, dünyada sülhün, əmin-amanlığın bərpası baxımından dinlərarası dialoq olduqca önəmlidir".
O vurğulayıb ki, Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir ki, ayrı-ayrı məzhəblər üzrə eyni məsciddə, eyni imamın arxasında ibadət edilir:
"Buna vəhdət namazı deyirik. Bu gün vəhdət namazı Bakı daxil olmaqla bölgələrimizdə də qılınır. Və bu, İslam dünyasına məzhəblərarası dialoq, məzhəblərarası münasibətlər baxımından ən gözəl nümunədir. Bundan başqa, Bakı şəhərində təxminən bir kilometr radiusda biz həm Avropa yəhudilərinin sinaqoqunu, Dağ yəhudilərinin sinaqoqunu, eyni zamanda, kilsəni - Arxangel Mixail kilsəsini, həmçinin Təzə Pir məscidini görə bilərik".
14:07 / 28 Oktyabr 2026
1
14:00 / 28 Oktyabr 2026
14
13:52 / 28 Oktyabr 2026
46
13:40 / 28 Oktyabr 2026
44
13:25 / 28 Oktyabr 2026
61
13:15 / 28 Oktyabr 2026
86
13:13 / 28 Oktyabr 2026
81
13:05 / 28 Oktyabr 2026
716
13:02 / 28 Oktyabr 2026
66
13:00 / 28 Oktyabr 2026
73
12:50 / 28 Oktyabr 2026
142
12:40 / 28 Oktyabr 2026
115
12:37 / 28 Oktyabr 2026
119
12:35 / 28 Oktyabr 2026
73
12:30 / 28 Oktyabr 2026
63
12:25 / 28 Oktyabr 2026
75
12:16 / 28 Oktyabr 2026
274
12:10 / 28 Oktyabr 2026
66
12:07 / 28 Oktyabr 2026
101
12:00 / 28 Oktyabr 2026
71
11:48 / 28 Oktyabr 2026
745
11:46 / 28 Oktyabr 2026
100
11:41 / 28 Oktyabr 2026
459
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.