Qaynar xətt:

(+99450) 247 90 86

DYP müraciət yaydı

DYP müraciət yaydı

CƏMİYYƏT

62

28.10.2026, 12:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur".

Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə müraciətində deyilir.

"Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.

Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".