Qaynar xətt:

(+99450) 247 90 86

Ramiz Mehdiyevin mülkləri kimə verilir? - Açıqlama 

Ramiz Mehdiyevin mülkləri kimə verilir? - Açıqlama 

CƏMİYYƏT

167

28.10.2026, 11:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevə hökm oxunub. 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilən "Boz kardinal"ın əmlakı müsadirə olunacaq. Siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.

Oxu24.com  xəbər verir ki, Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Ramiz Mehdiyevlə bağlı çıxarılan hökm hələ qanuni qüvvəyə minməyib.

Onun sözlərinə görə, hökmdən şikayət verilməsi üçün nəzərdə tutulan 20 günlük müddət hökmün surətinin təqdim edildiyi gündən hesablanır. Bu müddətdə şikayət verilərsə, işə apellyasiya məhkəməsində yenidən baxılacaq.

Ç.Qənizadə qeyd edib ki, hökm şikayət edilmədən qanuni qüvvəyə mindikdən sonra müsadirə olunmuş əmlakların sonrakı taleyi ilə bağlı məsələlər dəqiqləşdiriləcək:

“Dövlət nəfinə müsadirə edildiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti bu mülkləri dövlət mülkiyyətinə keçirərək onların satışını həyata keçirə bilər. Əmlak hərrac yolu ilə satışa çıxarılacaq. Əgər alıcı olmazsa və proses uzun çəkərsə, əmlakın qiyməti aşağı salınmaqla yenidən satışa təqdim oluna bilər. Bu müddətdə dövlət həmin obyektləri icarəyə də verə bilər. Əmlakdan əldə olunan gəlirlər dövlətin nəfinə yönəldilə bilər. Eyni zamanda, onların istifadəsi dövlət orqanlarından birinə həvalə oluna bilər. Dövlət bu əmlakın bir hissəsini qazilərə və şəhid ailələrinə də verə bilər. Yəni mülkiyyətin sahibi artıq dövlət olacaq”.