Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb
28 Oktyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
54
28.10.2026, 11:20
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Somalinin informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Oxu24.com xəbər verir ki, görüş zamanı rəqəmsallaşma şəraitində medianın inkişaf tendensiyaları, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin və yeni texnologiyaların media mühitinə təsiri, eləcə də bu sahələrdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ə.İsmayılov Azərbaycanla Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
"Eyni zamanda xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır".
Abdulfatah Kasim Mohamud isə öz növbəsində Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və müasir informasiya mühitinin çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
12:07 / 28 Oktyabr 2026
1
12:00 / 28 Oktyabr 2026
26
11:48 / 28 Oktyabr 2026
157
11:46 / 28 Oktyabr 2026
44
11:41 / 28 Oktyabr 2026
137
11:36 / 28 Oktyabr 2026
56
11:33 / 28 Oktyabr 2026
68
11:30 / 28 Oktyabr 2026
62
11:26 / 28 Oktyabr 2026
106
11:24 / 28 Oktyabr 2026
57
11:19 / 28 Oktyabr 2026
58
11:17 / 28 Oktyabr 2026
59
11:11 / 28 Oktyabr 2026
74
11:07 / 28 Oktyabr 2026
91
11:03 / 28 Oktyabr 2026
66
10:58 / 28 Oktyabr 2026
69
10:55 / 28 Oktyabr 2026
67
10:50 / 28 Oktyabr 2026
1244
10:48 / 28 Oktyabr 2026
72
10:44 / 28 Oktyabr 2026
604
10:30 / 28 Oktyabr 2026
73
10:29 / 28 Oktyabr 2026
76
10:26 / 28 Oktyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.