ICESCO Prezident İlham Əliyevə Azərbaycanda tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib
27 Oktyabr 2026, 13:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
140
27.10.2026, 12:49
Oktyabrın 26-da "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Şabran rayon Mədəniyyıt sarayında tarixi qələbəmizin altıncı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, məktəblərin müəllim və şagird kollektivləri iştirak edibş.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və Qələbəyə olan inamını əks etdirən videoçarx nümayiş etdirilib.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək qeyd etmişdir ki, erməni işğalçıları üzərində qazanılan tarixi qələbənin altıncı ildönümü tamam olur. Bu möhtəşəm qələbə heç də asan əldə olunmamışdır, xalqımız 30 il ərzində minlərlə şəhid vermiş, minlərlə gəncimiz sağlamlığını itirmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 günə başa çatan Tarixi Qələbə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Bu müddətdə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Bu birlik bizi Qarabağa qaytardı və 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.
Çıxış edənlər - Şabran Rayon İH başçısının müavini Natavan Mustafayeva, din xadimi Hacı Böyükağa Şükürov, Şabran rayon Ağsaqqallar Şurası İdarə Heyətinin sədri Adıgözəl Əliyev, Vətən müharibısinin şəhidi Xəyal Həsənovun anası Zərnişan Həsənova Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirin təşkil olunmasına minnətdarlıqlarını bildiriblər.
Rayon Mədəniyyət sarayının bədii qiraətçilərinin ifasında Vətən və Azərbaycan haqqında şeirlər ifa edilib.
13:50 / 27 Oktyabr 2026
84
13:45 / 27 Oktyabr 2026
24
13:42 / 27 Oktyabr 2026
27
13:29 / 27 Oktyabr 2026
221
13:25 / 27 Oktyabr 2026
62
13:15 / 27 Oktyabr 2026
459
13:08 / 27 Oktyabr 2026
158
12:56 / 27 Oktyabr 2026
80
12:47 / 27 Oktyabr 2026
76
12:45 / 27 Oktyabr 2026
83
12:43 / 27 Oktyabr 2026
74
12:35 / 27 Oktyabr 2026
444
12:32 / 27 Oktyabr 2026
100
12:30 / 27 Oktyabr 2026
147
12:28 / 27 Oktyabr 2026
88
12:24 / 27 Oktyabr 2026
83
12:01 / 27 Oktyabr 2026
77
11:55 / 27 Oktyabr 2026
90
11:45 / 27 Oktyabr 2026
77
11:33 / 27 Oktyabr 2026
95
11:25 / 27 Oktyabr 2026
128
11:16 / 27 Oktyabr 2026
210
11:09 / 27 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.