ICESCO Prezident İlham Əliyevə Azərbaycanda tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib
27 Oktyabr 2026, 13:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
27.10.2026, 12:47
Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid meyarların müəyyənləşdirilməsi təklif olunub.
Oxu24.com-un xəbərinə görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Zahid Oruc bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki boşluqların və qeyri-müəyyənliyin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikintinin uzanmasına səbəb olduğunu bildirib və qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər göndərib: “Bəzən onlarla ailə ilə razılıq əldə edildiyi, köçürülmə və tikintiyə milyonlarla manat xərcləndiyi halda, bir-iki mülkiyyətçi ilə razılaşmanın illərlə uzanması layihənin başlanmasına mane olur”.
Deputat kompensasiyanın hesablanması üçün ictimaiyyətə açıq meyarların yaradılmasını, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalasının, bazar qiymətlərindən istifadə qaydasının, ərazilər üzrə diferensial tariflərin və inflyasiya ilə tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmlərinin müəyyənləşdirilməsini təklif edib: “Sökülən əmlakın əvəzində veriləcək sahənin ölçüsü, otaqların sayı, yaşayış və qeyri-yaşayış sahələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti və gecikməyə görə məsuliyyət də qanunvericilikdə dəqiq təsbit edilməlidir”.
Zahid Oruc faktiki sahənin ölçülməsi məsələsinə də diqqət çəkib “Balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissələr və kommersiya obyektlərinin hüquqi və texniki statusu fərqləndirilməli, müstəqil ölçmə və qiymətləndirmə, foto və elektron aktlaşdırma mexanizmləri tətbiq olunmalıdır. Söküntü elanından sonra kompensasiya almaq məqsədilə qanunsuz tikilmiş sahələrlə onilliklər ərzində mövcud olmuş və dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilməməlidir. Qeydiyyatı texniki səbəblərdən tamamlanmamış əmlak, hüquqi əsası olan istifadə, uzun müddət mövcud olmuş faktiki məskunlaşma və yeni qanunsuz zəbt halları bir-birindən fərqləndirilməlidir. Tikinti icazəsi alındıqdan, qiymətləndirmə və müqavilə təklifləri yekunlaşdıqdan sonra razılaşma üçün ağlabatan müddət müəyyən edilməli, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mexanizmləri nəzərdə tutulmalıdır. Bununla həm etiraz edən sakinlərin hüquqları, həm də razılaşaraq illərlə gözləyən digər mülkiyyətçilərin maraqları qorunmalıdır”.
Parlamentin komitə sədri evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanmasının da şəffaf qaydalarla tənzimlənməli olduğunu bildirib.
13:50 / 27 Oktyabr 2026
83
13:45 / 27 Oktyabr 2026
23
13:42 / 27 Oktyabr 2026
26
13:29 / 27 Oktyabr 2026
216
13:25 / 27 Oktyabr 2026
62
13:15 / 27 Oktyabr 2026
457
13:08 / 27 Oktyabr 2026
156
12:56 / 27 Oktyabr 2026
79
12:49 / 27 Oktyabr 2026
139
12:45 / 27 Oktyabr 2026
83
12:43 / 27 Oktyabr 2026
74
12:35 / 27 Oktyabr 2026
443
12:32 / 27 Oktyabr 2026
100
12:30 / 27 Oktyabr 2026
147
12:28 / 27 Oktyabr 2026
88
12:24 / 27 Oktyabr 2026
83
12:01 / 27 Oktyabr 2026
77
11:55 / 27 Oktyabr 2026
90
11:45 / 27 Oktyabr 2026
77
11:33 / 27 Oktyabr 2026
95
11:25 / 27 Oktyabr 2026
128
11:16 / 27 Oktyabr 2026
210
11:09 / 27 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.