Qaynar xətt:

(+99450) 247 90 86

2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı 

2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı 

CƏMİYYƏT

72

27.10.2026, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci il Şərq təqviminə görə “Alovlu Keçi ili” hesab olunur.

Oxu24.com  xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək.

Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc.

Qeyd edək ki, Şərq təqviminə görə illər 12 illik heyvan dövriyyəsinə əsasən dəyişir. Hər heyvan ili 12 ildən bir təkrarlanır. Bu dövriyyə Siçan, Öküz, Pələng, Dovşan, Əjdaha, İlan, At, Keçi, Meymun, Xoruz, İt və Donuz heyvanlarından ibarətdir.

Doğum illəri 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015 və 2027 olanlar Keçi ilinə aid hesab olunurlar. Yanvar və fevral aylarında doğulanların hansı heyvan ilinə aid olması isə dəqiq doğum tarixindən asılıdır.

Mətbuat.az