Qaynar xətt:

(+99450) 247 90 86

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

CƏMİYYƏT

75

27.10.2026, 10:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.

“Bakı Metropoliteni” QSC-dən Oxu24.com-a  verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.