Külək güclənib
15 Noyabr 2026, 18:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
250
26.10.2026, 11:22
Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.
Bu barədə Oxu24.com-a Bakı Şəhət İcra Hakimiyyətindən xəbər verilib.
Qeyd edilib ki, əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib. Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.
Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır:
"Təəssüflə qeyd edilməlidir ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib. Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir.
Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb. Həmçinin, işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.
Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb".
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.