Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
22.10.2026, 12:11
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Korifey” kitabının təqdimatı keçirilib
21 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan dilində nəşr olunan tanınmış qazax yazıçısı, publisist və dövlət xadimi Sauıtbek Abdrahmanovun “Korifey” kitabının təqdimatı keçirilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, kitabın müəllifi Sauıtbek Abdrahmanov, eləcə də tərcüməçilər Xanım Aydın və Rəbiqə Nazimqızı çıxış ediblər.
Təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova “Korifey” kitabının görkəmli qazax mütəfəkkiri, yazıçı və ictimai xadim Abiş Kekilbayevin zəngin ədəbi və mənəvi irsinin öyrənilməsi və tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
O, əsərin Azərbaycan dilində nəşrinin türk xalqlarının ortaq mədəni irsinin təbliğinə və xalqlar arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Professor Aktotı Raimkulova kitabın ərsəyə gəlməsində əməyi olan tərcüməçilərə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən digər natiqlər də Abiş Kekilbayevin türk dünyasının ədəbi və ictimai fikir tarixindəki mövqeyindən, onun əhəmiyyətindən bəhs ediblər.
Kitabın müəllifi Sauıtbek Abdrahmanov çıxışında əsərin yaranma tarixindən, Abiş Kekilbayevin həyat və yaradıcılığının əsas məqamlarından, onun qazax ədəbiyyatına və ictimai fikrinə verdiyi töhfələrdən danışıb. Müəllif əsərin Azərbaycan dilində oxuculara təqdim olunmasının Abiş Kekilbayevin irsinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Təqdimat zamanı kitabın tərcüməçiləri Xanım Aydın və Rəbiqə Nazimqızı da çıxış edərək əsərin Azərbaycan dilinə tərcüməsi prosesi və bu nəşrin oxucular üçün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yeni nəşr edilmiş kitabların təqdimatları 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 26-na qədər davam edəcək.

14:26 / 11 Noyabr 2026
19
14:13 / 11 Noyabr 2026
137
13:58 / 11 Noyabr 2026
99
13:54 / 11 Noyabr 2026
373
13:48 / 11 Noyabr 2026
107
13:44 / 11 Noyabr 2026
138
13:41 / 11 Noyabr 2026
80
13:33 / 11 Noyabr 2026
203
13:27 / 11 Noyabr 2026
123
13:19 / 11 Noyabr 2026
84
13:13 / 11 Noyabr 2026
92
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
150
12:48 / 11 Noyabr 2026
113
12:44 / 11 Noyabr 2026
167
12:35 / 11 Noyabr 2026
284
12:32 / 11 Noyabr 2026
118
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
794
12:19 / 11 Noyabr 2026
578
12:15 / 11 Noyabr 2026
116
12:09 / 11 Noyabr 2026
106
11:57 / 11 Noyabr 2026
816
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.