Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
22.10.2026, 03:15
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub.
Oxu24.com xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb.
Bundan əlavə, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev də vəzifəsindən azad olunub. Onun yerinə isə Ərazi-təşkilat məsələləri sektorunun sabiq müdiri Rauf Həsənov təyin edilib.
N.Allahverdiyev isə Bakı Şəhər Təhsil İdarəsində yeni vəzifəyə təyinat alıb.
Kadr islahatları Hüquq və kadr məsələləri sektorunda da aparılıb. Belə ki, Orxan Əliyev məsləhətçi vəzifəsindən azad edilib, onun yerinə Samir Nəbiyev təyin olunub.
Həmçinin Xocəsən nümayəndəliyinin Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramiz Həsənzadə də vəzifəsindən azad edilib. Onu bu vəzifədə Məcid Səmədzadə əvəzləyib.
İcra başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində də yeni kadr təyinatları həyata keçirilib. Natiq Dərvişli Baş məsləhətçi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı vəzifəsinə, Ülviyyə Məmmədova isə məsləhətçi vəzifəsinə təyin edilib.
Naibə İbrahimova isə icra başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Binəqədi RİH başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov vəzifəsindən azad olunaraq Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib. İcra başçısının sərəncamı ilə Xocəsən qəsəbə nümayəndəsi vəzifəsinə isə Namiq İbadzadə təyinat alıb../iqtisadiyyat.az
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.