100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
10 Noyabr 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
282
21.10.2026, 13:34
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi (KM) Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H. Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələrinin təyinatı, Cinayət-Prosessual Məcəlləsinin 155, 156.1, 157.1, 157.2, 157.5, 444.1.2 və 447.5-ci maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə müraciətə baxan məhkəmə şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin olub-olmamasını, həmin şübhələrə dəlalət edən ilkin sübutların kifayət edib-etməməsini, həbs qətimkan tədbirinin tətbiqi üçün qanunla müəyyən olunmuş əsasların mövcudluğunu, habelə daha yüngül qətimkan tədbirinin tətbiqinin mümkünlüyünü yoxlamalı və qiymətləndirməlidir.
Məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarında şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutların kifayətedici olmamasına əsaslanması həmin şəxsin təqsirliliyi məsələsinin məhkəmə tərəfindən qabaqcadan həll edilməsi kimi qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
16:41 / 10 Noyabr 2026
1
16:35 / 10 Noyabr 2026
31
16:21 / 10 Noyabr 2026
44
16:12 / 10 Noyabr 2026
115
15:58 / 10 Noyabr 2026
81
15:44 / 10 Noyabr 2026
166
15:34 / 10 Noyabr 2026
252
15:31 / 10 Noyabr 2026
79
15:25 / 10 Noyabr 2026
115
15:22 / 10 Noyabr 2026
99
14:58 / 10 Noyabr 2026
2244
14:55 / 10 Noyabr 2026
368
14:48 / 10 Noyabr 2026
377
14:23 / 10 Noyabr 2026
468
14:20 / 10 Noyabr 2026
861
14:09 / 10 Noyabr 2026
213
14:00 / 10 Noyabr 2026
887
13:44 / 10 Noyabr 2026
136
13:38 / 10 Noyabr 2026
389
13:26 / 10 Noyabr 2026
1736
13:24 / 10 Noyabr 2026
152
13:20 / 10 Noyabr 2026
349
13:05 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.