Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
224
21.10.2026, 13:08
2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 373 cinayət işi başlanılıb.
Oxu24.com bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 36 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 89 material və ibtidai istintaqı tamamlanmış 15 cinayət işi üzrə 19 mln. 948,7 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 25 mln. 188,3 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.
Müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 35 vergi ödəyicisinə məxsus 43 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. 21 vergi ödəyicisinə məxsus 22 obyektdə ümumilikdə 84 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu aşkarlanıb, həmin şəxslərin əmək hüquqları bərpa edilib, aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 170,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
15:34 / 10 Noyabr 2026
1
15:31 / 10 Noyabr 2026
19
15:25 / 10 Noyabr 2026
38
15:22 / 10 Noyabr 2026
42
14:58 / 10 Noyabr 2026
810
14:55 / 10 Noyabr 2026
117
14:48 / 10 Noyabr 2026
137
14:23 / 10 Noyabr 2026
243
14:20 / 10 Noyabr 2026
609
14:09 / 10 Noyabr 2026
168
14:00 / 10 Noyabr 2026
718
13:44 / 10 Noyabr 2026
113
13:38 / 10 Noyabr 2026
349
13:26 / 10 Noyabr 2026
1442
13:24 / 10 Noyabr 2026
133
13:20 / 10 Noyabr 2026
323
13:05 / 10 Noyabr 2026
167
13:00 / 10 Noyabr 2026
131
12:37 / 10 Noyabr 2026
522
12:31 / 10 Noyabr 2026
130
12:21 / 10 Noyabr 2026
556
12:18 / 10 Noyabr 2026
157
12:04 / 10 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.