Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
21.10.2026, 11:44
GETSİN O GÜNLƏRİN BİR DƏ GƏLMƏSİN!
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşındaikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görmüşdür.
M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır. Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs demişdir.
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir.
Talesiz yolların yolçusu idin,
Sovetlər dövrünün solçusu idin,
Müşfiqli günlərin elçısı idin,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
İyirmi il sən Sibirdə əsmisən,
Vəfasız dünyadan şox incimisən,
Ölüm şərbətini hər an içmisən,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Xalqımın igidi, qəhrəmanısan,
Ədəbi dilimin söz ümmanısan,
Zülmün, işgəncənin dəyirmanısan,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Mənsur şeirin atası sayılırsan,
Azad ruhun qidası sayılırsan,
Düşmənin köləsi, hədəsi sayılırsan,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Əzablı yolların əzablı səsi,
Tərpətmədi, oyatmadı heç kəsi,
Qurulmadı sən dediyin Tərəzi,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Sən böyük şairsən, böyük ədibsən,
Gələcəyə tərbiyəsən, ədəbsən,
Yrəklərə saf niyyətsən, təbibsən,
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Gözlə ki, nə vaxtsa bəxtin güləcək?!
Allah bilir, o gün nə vaxt gələcək?!
Sən demə, xülyaymış "xoşbəxt gələcək",
Sən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərin bir də gəlməsin!
Mən necə inanım düz yaşamağa,
Öyrəndim korluğa, kara, susmağa,
İyirmi ildir ki, işsiz qalmağa -
Mən çəkəni düşmənim də çəkməsin,
Getsin o günlərim bir də gəlməsin!
Əmir Pəhləvan
15:34 / 10 Noyabr 2026
1
15:31 / 10 Noyabr 2026
19
15:25 / 10 Noyabr 2026
38
15:22 / 10 Noyabr 2026
42
14:58 / 10 Noyabr 2026
810
14:55 / 10 Noyabr 2026
117
14:48 / 10 Noyabr 2026
137
14:23 / 10 Noyabr 2026
243
14:20 / 10 Noyabr 2026
609
14:09 / 10 Noyabr 2026
168
14:00 / 10 Noyabr 2026
718
13:44 / 10 Noyabr 2026
113
13:38 / 10 Noyabr 2026
349
13:26 / 10 Noyabr 2026
1442
13:24 / 10 Noyabr 2026
133
13:20 / 10 Noyabr 2026
323
13:05 / 10 Noyabr 2026
167
13:00 / 10 Noyabr 2026
131
12:37 / 10 Noyabr 2026
522
12:31 / 10 Noyabr 2026
130
12:21 / 10 Noyabr 2026
556
12:18 / 10 Noyabr 2026
157
12:04 / 10 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.