Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ
21 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
142
21.10.2026, 10:36
Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, geosiyasi böhranlar və yaşıl enerjiyə keçid dövrü ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında neft emalı zavodlarının rolunu daha da artırır. Bu müəssisələr daxili bazarda tələb və təklifi tarazlaşdırmaqla yanaşı, mümkün yanacaq çatışmazlığı risklərini minimuma endirir.
Ölkəmizdə də daxili bazarın dayanıqlı yanacaq ehtiyatları ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan planlı təmir və modernləşdirmə işləri zamanı daxili tələbatın ödənilməsi üçün çevik addımlar atılır.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın İraqdan “Aİ-92” markalı benzin tədarük etməsi diqqət çəkib.
Hasilatçı ölkə olan Azərbaycanın müəyyən dövrlərdə xaricdən yanacaq alması isəctimaiyyətdə bu idxalın texniki və iqtisadi əsasları ilə bağlı suallar doğurub. Eyni zamanda, ölkənin həm yanacaq idxalı, həm də ixracı həyata keçirməsi regional ticarət dinamikasının maraqlı mənzərəsini yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, neft emalı zavodları neft bazarlarında bir neçə kritik funksiyanı yerinə yetirir:
“Onlar enerji təchizatının sabitliyini təmin edir, tələb və təklifi tarazlaşdırır, həmçinin geosiyasi böhranlar və yaşıl enerjiyə keçid dövründə enerji çatışmazlığı riskini minimuma endirirlər. Heydər Əliyev adına Neft Emalı Zavodunda 2015-ci ildən başlanan modernləşdirmə və yenidənqurma işləri çərçivəsində emal gücünün aşağı düşməsi nəticəsində açıq rəngli neft məhsullarının, o cümlədən 'Aİ-92' markalı avtomobil benzininin yaxın mənbələrdən idxalı həyata keçirilib. İdxal həcmləri əsasən Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Rumıniya emal gücləri üzərindən reallaşdırılıb. SOCAR aktivində olan Neft Emalı Zavodunun texniki baxışa (və ya planlı təmirə) saxlanılması ərəfəsində də daxili bazarda yanacaq ehtiyatlarının formalaşdırılması ilə bağlı kiçik həcmlərdə yanacaq idxalına üstünlük verilir”.
Mütəxəssis statistik göstəricilərə diqqət çəkərək qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə İraqdan 505 ton “Aİ-92” markalı benzin tədarük edilib:
“Ümumilikdə, hesabat dövründə ölkəyə iki mənbə üzərindən məhdud həcmlərdə — 3919 ton 'Aİ-92' markalı avtomobil benzini gətirilib. İdxal həcmlərinin 3414 tonu Rusiyanın, 505 tonu isə İraqın payına düşür. Eyni zamanda, Azərbaycan 5484 ton 'Aİ-92' markalı benzin ixrac edib. İxrac həcmlərinin 3414 tonu Gürcüstana, 1951 tonu Ermənistana, 119 tonu isə Tacikistana göndərilib”.
Zəfər Vəliyev sonda əlavə edib ki, cari ilin iyul ayından başlayaraq ticarət şirkətləri SOCAR-ın Türkiyə aktivi olan 'Star' Neft Emalı Zavodundan AZAL-ın ehtiyacları üçün 7000 ton 'TC-1' markalı təyyarə yanacağının tədarükünə başlayıb və 31 dekabr 2026-cı il tarixinədək bu məhsulun idxalına güzəştli dərəcələr tətbiq olunub.
“Ümumiyyətlə, qlobal enerji bazarlarında baş verənlər onu deməyə əsas verir ki, ölkədə yanacaq ehtiyatları daim nəzarətdə saxlanılmalıdır”,- deyə ekspert vurğulayıb.
Çimnaz Telmanqızı
11:38 / 21 Oktyabr 2026
1
11:37 / 21 Oktyabr 2026
13
11:26 / 21 Oktyabr 2026
36
11:10 / 21 Oktyabr 2026
289
11:10 / 21 Oktyabr 2026
55
11:09 / 21 Oktyabr 2026
58
11:00 / 21 Oktyabr 2026
55
10:44 / 21 Oktyabr 2026
70
10:35 / 21 Oktyabr 2026
60
10:28 / 21 Oktyabr 2026
97
10:26 / 21 Oktyabr 2026
81
10:20 / 21 Oktyabr 2026
65
10:17 / 21 Oktyabr 2026
385
09:59 / 21 Oktyabr 2026
68
09:50 / 21 Oktyabr 2026
83
09:38 / 21 Oktyabr 2026
152
09:36 / 21 Oktyabr 2026
68
09:34 / 21 Oktyabr 2026
140
09:31 / 21 Oktyabr 2026
69
09:29 / 21 Oktyabr 2026
88
09:28 / 21 Oktyabr 2026
78
23:59 / 20 Oktyabr 2026
141
23:35 / 20 Oktyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.