“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı
30 Oktyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1000
10.10.2026, 21:20
Mövcud hökumətdə təmsil olunan nazirlərin, dövlət komitələrinin sədrlərinin və dövlət xidmətlərinin rəhbərlərinin əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvü deyil.
Oxu24.com xəbər verir ki,Modern.az nazirlərin, dövlət komitələrinin sədrlərinin və dövlət xidmətlərinin rəhbərlərinin siyasi partiya mənsubiyyətini araşdırıb. Araşdırma zamanı dövlət qurumlarının rəsmi internet səhifələrində yerləşdirilmiş tərcümeyi-hallar və digər açıq mənbələrdəki məlumatlar əsas götürülüb.
Yeni Azərbaycan Partiyasının üzvü olanlar:
Baş nazir Əli Əsədov;
Baş nazirin birinci müavini Yaqub Eyyubov;
Baş nazirin müavini Şahin Mustafayev;
Maliyyə naziri Sahil Babayev;
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov.
YAP-ın üzvü olmayanlar:
Baş nazirin müavini Samir Şərifov;
Elm və təhsil naziri Emin Əmrullayev;
Energetika naziri Pərviz Şahbazov;
Gənclər və idman naziri Fərid Qayıbov;
İqtisadiyyat naziri Mikayıl Cabbarov;
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov;
Mədəniyyət naziri Adil Kərimli;
Müdafiə sənayesi naziri Vüqar Mustafayev;
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev;
Səhiyyə naziri Teymur Musayev;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov;
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov;
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev;
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli;
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində nazirlərin və digər hökumət üzvlərinin siyasi partiyaya üzv olmasına ümumi qadağa nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə əsasən, hər bir vətəndaşın siyasi partiyaya daxil olmaq və ya onun üzvlüyündən çıxmaq hüququ var. Nazirlər də digər vətəndaşlar kimi bu hüquqdan istifadə edə bilərlər.
Qanunvericilik şəxsin nazir vəzifəsinə təyin olunması üçün onun siyasi partiya üzvü olmasını tələb etmir. Bu baxımdan, dövlət başçısı həm bitərəf, həm də hər hansı siyasi partiyanın üzvü olan şəxsi nazir vəzifəsinə təyin edə bilər.
Qanunvericilikdə siyasi partiya üzvlüyü qadağan olunan vəzifələrin dairəsi ayrıca müəyyən edilib. Bu şəxslər sırasına hakimlər, prokurorlar, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin hərbi qulluqçuları, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və daxili işlər orqanlarının əməkdaşları, həmçinin Mərkəzi Seçki Komissiyasının və Auditorlar Palatasının üzvləri daxildir. Hərbi qulluqçu və ya hüquq-mühafizə orqanının əməkdaşı statusu daşıyan vəzifə sahibləri istisna olmaqla, nazirlər siyasi partiya üzvlüyü qadağan olunan kateqoriyalara daxil edilmirlər.
Bu səbəbdən siyahıya müdafiə, ədliyyə, xarici işlər, daxili işlər və fövqəladə hallar nazirləri, həmçinin Dövlət Sərhəd Xidmətinin, prokurorluq, gömrük və miqrasiya orqanlarının rəhbərləri daxil edilməyib.
23:31 / 30 Oktyabr 2026
1
23:28 / 30 Oktyabr 2026
10
23:23 / 30 Oktyabr 2026
19
23:19 / 30 Oktyabr 2026
31
23:19 / 30 Oktyabr 2026
33
23:08 / 30 Oktyabr 2026
42
23:01 / 30 Oktyabr 2026
46
23:01 / 30 Oktyabr 2026
248
22:55 / 30 Oktyabr 2026
178
22:49 / 30 Oktyabr 2026
61
22:42 / 30 Oktyabr 2026
58
22:35 / 30 Oktyabr 2026
87
22:26 / 30 Oktyabr 2026
366
22:25 / 30 Oktyabr 2026
75
22:21 / 30 Oktyabr 2026
66
22:09 / 30 Oktyabr 2026
94
22:03 / 30 Oktyabr 2026
139
21:50 / 30 Oktyabr 2026
77
21:39 / 30 Oktyabr 2026
83
21:18 / 30 Oktyabr 2026
157
21:12 / 30 Oktyabr 2026
104
20:59 / 30 Oktyabr 2026
80
20:49 / 30 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.