Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
29 Oktyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
238
09.10.2026, 20:01
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb.
Oxu24.com bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.
Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb. Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.
Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.
Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.
23:40 / 29 Oktyabr 2026
1
23:27 / 29 Oktyabr 2026
61
23:23 / 29 Oktyabr 2026
76
23:20 / 29 Oktyabr 2026
65
23:11 / 29 Oktyabr 2026
279
23:08 / 29 Oktyabr 2026
91
23:05 / 29 Oktyabr 2026
723
23:00 / 29 Oktyabr 2026
147
22:50 / 29 Oktyabr 2026
83
22:47 / 29 Oktyabr 2026
92
22:42 / 29 Oktyabr 2026
162
22:37 / 29 Oktyabr 2026
80
22:34 / 29 Oktyabr 2026
80
22:32 / 29 Oktyabr 2026
83
22:30 / 29 Oktyabr 2026
137
22:27 / 29 Oktyabr 2026
87
22:24 / 29 Oktyabr 2026
88
22:17 / 29 Oktyabr 2026
74
22:11 / 29 Oktyabr 2026
95
22:07 / 29 Oktyabr 2026
87
21:48 / 29 Oktyabr 2026
110
21:45 / 29 Oktyabr 2026
1171
21:42 / 29 Oktyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.