Yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
29 Oktyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
09.10.2026, 18:21
Sumqayıt şəhərində azyaşlı uşaqların sağlamlığına ciddi təhlükə yaradan ağır hadisə baş verib. İddialara görə, hadisə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında qeydə alınıb.
Oxu24.com bildirir ki,"NOCOMMENT.az" xəbər portalına daxil olan məlumata görə, sözügedən tibb müəssisəsində azyaşlılara vurulan antibiotik iynəsindən sonra onlarda kəskin əks-təsirlər – qıcolma, göyərmə və səhhətlərində ciddi ağırlaşmalar müşahidə olunub. Yayılan məlumatlara əsasən, baş verən xoşagəlməz durum nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib.
Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
Azyaşlıların səhhətində yaranan bu cür kəskin ağırlaşmalar valideynlər arasında ciddi təşvişə və haqlı narazılığa səbəb olub. Hazırda baş verənlərin səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və xəstələrin ümumi vəziyyəti ilə bağlı cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirilməyə çalışılır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) NOCOMMENT.az-a verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.
Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-ünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, sözügedən uşaqlar respirator virus infeksiyası səbəbilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar.
23:11 / 29 Oktyabr 2026
80
23:08 / 29 Oktyabr 2026
26
23:05 / 29 Oktyabr 2026
306
23:00 / 29 Oktyabr 2026
43
22:50 / 29 Oktyabr 2026
46
22:47 / 29 Oktyabr 2026
50
22:42 / 29 Oktyabr 2026
124
22:37 / 29 Oktyabr 2026
53
22:34 / 29 Oktyabr 2026
65
22:32 / 29 Oktyabr 2026
63
22:30 / 29 Oktyabr 2026
118
22:27 / 29 Oktyabr 2026
72
22:24 / 29 Oktyabr 2026
71
22:17 / 29 Oktyabr 2026
60
22:11 / 29 Oktyabr 2026
85
22:07 / 29 Oktyabr 2026
76
21:48 / 29 Oktyabr 2026
98
21:45 / 29 Oktyabr 2026
973
21:42 / 29 Oktyabr 2026
110
21:33 / 29 Oktyabr 2026
75
21:31 / 29 Oktyabr 2026
160
21:27 / 29 Oktyabr 2026
80
21:18 / 29 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.