9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb
09 Oktyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
09.10.2026, 13:58
Qış mövsümünün yaxınlaşması ilə bazarlarda və sosial şəbəkələrdə ev şəraitində hazırlanmış turşu və mürəbbələrin satışı kəskin şəkildə artıb.
Xüsusi şəraitdə emal olunmayan bu məhsulların mənşəyinin və hansı sanitariya qaydalarına əməl edilərək hazırlandığının bilinməməsi isə ciddi təhlükə mənbəyidir. Mütəxəssislər bildirirlər ki, antisanitar mühitdə hazırlanan ev konservləri insan sağlamlığı üçün ölümcül risk daşıyan botulizm xəstəliyinə yol aça bilər. Eyni zamanda, laborator nəzarətindən keçməyən mürəbbə və turşuların tərkibindəki kimyəvi qatqılar və ya xarab olmuş xammal ağır zəhərlənmələrə səbəb olur.
İstehlakçılar adətən “təbii və kənd məhsulu” etiketi altında satılan bu qidaların gözəgörünməz təhlükələrindən xəbərsiz olaraq onları alırlar. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dəfələrlə xəbərdarlıq edir ki, mənşəyi məlum olmayan, markalanmayan ev məhsullarının ticari məqsədlə satışı qanunaziddir və risklidir. Alıcıların bu növ qidaları seçərkən zahiri görünüşə deyil, istehsal şəraitinə və sertifikatlaşdırmaya üstünlük verməsi həyati əhəmiyyət kəsb edir. Əks halda, alınan bir banka turşu və ya mürəbbə bütöv bir ailənin sağlamlığını risk altına qoya bilər.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı qida eksperti Ağa Salamov Hit.az-a açıqlama verib. O, bildirib ki, evdə hazırlanan kənd təsərrüfatı məhsullarını alarkən diqqətli olmaq lazımdır:
“Düzdür, mən kənd təsərrüfatı məhsullarını istehsal edən insanları dəstəkləyirəm, amma hamısını yox. Çünki evdə kənd təsərrüfatı məhsullarını hazırlayan insanların hamısı gigiyenik qaydalara riayət etmir. Onların hamısı turşu hazırlayərkən məhsulu yaxşı yuyaraq, tamamilə torpaqdan təmizləyirmi? Həmçinin, köhnə qapaqlardan istifadə edirlərmi? Bütün bunlar sual altındadır.
Nəzərə almaq lazımdır ki, sterilizasiya olunmamış bankalara yığılan, torpaqdan təmizlənməmiş və torpaqda yaşayan botulizm bakteriyası gəlib onun içinə nüfuz edirsə, germetikliyi nə qədər də qorunsa da vakuum şəraitində inkişaf edir və insanları zəhərləyir. Yəni məhsullar düzgün emaldan keçirmi? Bu da sual altındadır”.
Ekspert qeyd edib ki, Dövlət Proqramında kənd təsərrüfatına, ailə təsərrüfatına dəstək olunacaq:
“Bu dəstək nədən ibarətdir? Bu işlə məşğul olanların təlimatlandırılacaq, düzgün şərtlər altında məhsulların seçilməsi, emalı, turşunun bağlanması və s. öyrədiləcək. Məsələn, motal pendirinin hansı şəraitdə qoyulması, daşınması, saxlanması ətraflı izah olunacaq. Bunların təlimatlarını verəndən sonra artıq onların istehsal etdikləri məhsulların üzərinə etiketlər vurulur ki, həmin şəxs qaydaları bilir və düzgün şərtlər altında emal prosesini həyata keçirir.
Hər hansı bir inventarı çatmırsa, o inventarla təchiz olunandan sonra artıq o adam öz markasını – tutaq ki, Pakizə xala “Pakizə” markasını götürüb onun üzərinə vuraraq öz brendini yaradır. Pakizə xala motal pendiri qoyur, turşular bağlayır; üzərində də “Pakizə turşuları” və yaxud “Pakizə motal pendiri” yazılır”.
Mütəxəssis diqqətə çatdırıb ki, bu gün belə proseslər yoxdur və ya bazarda etiketsiz məhsullara rast gəliriksə, artıq onu kimin istehsal etdiyini bilmirik:
“Tutaq ki, Pakizə xala bütün gigiyenik qaydalara riayət edir, amma bəlkə həmin məhsulu o yox, Güldəstə xala hazırlayıb? Misal üçün, Güldəstə xala əllərini yumur, təmizləmir, gigiyenik qaydalara riayət etmir, pas atmış qapaqlarla bağlayır, germetikliyi pozur və yaxud yaxşı emal prosesindən keçirmir, torpaqlı-torpaqlı qoyur və s.
Ona görə də məsləhət görürəm ki, sənaye üsulu ilə hazırlanan məhsullara üstünlük verilsin. Çünki ən azından bilirik ki, sənaye üsulu ilə hazırlanan məhsullara qida təhlükəsizliyi nəzarəti var. Kəndlilərə isə nəzarət yoxdur. Axı kiminsə evinə girib məhsulların necə hazırlanmasına nəzarət edilmir”.
Ağa Salamov vurğulayıb ki, üzərində etiket olmayan bir məhsulun hansı insan tərəfindən istehsal olunduğunu bilmiriksə, ondan uzaq durmalıyıq:
“Belə məhsulları alarkən etiket məlumatları olanı almalıyıq. Həmçinin, kənd təsərrüfatı turşularını və s. alırıqsa, kimdən aldığımızı, o adamın qablaşdırmanı hansı şəraitdə etdiyini bilməliyik. Əgər üzərində etiket varsa, məhsul haqqında məlumatlar orada göstərilibsə, saxlanma şəraiti və yaxud son istifadə tarixləri yazılıbsa, o məhsulu istifadə edə bilərik, heç bir problem yoxdur.
Lakin hazırda turşularda, mürəbbələrdə bunları görmürük və onları hazırlayan insanların kim olduqlarını bilmirik. Bəlkə də ən yaxşı aşpaz və ya turşu bağlayan ola bilər. Problem ondadır ki, həmin məhsulları natəmiz, gigiyena qaydalarına əməl etməyən bir insanın da hazırlamış olma ehtimalı var. Əsas məsələ də məhz burasındadır”.
14:18 / 09 Oktyabr 2026
27
14:15 / 09 Oktyabr 2026
37
14:10 / 09 Oktyabr 2026
32
14:01 / 09 Oktyabr 2026
420
13:45 / 09 Oktyabr 2026
60
13:44 / 09 Oktyabr 2026
45
13:41 / 09 Oktyabr 2026
52
13:34 / 09 Oktyabr 2026
181
13:31 / 09 Oktyabr 2026
68
13:27 / 09 Oktyabr 2026
68
13:13 / 09 Oktyabr 2026
171
13:10 / 09 Oktyabr 2026
70
13:03 / 09 Oktyabr 2026
81
13:00 / 09 Oktyabr 2026
65
13:00 / 09 Oktyabr 2026
87
12:55 / 09 Oktyabr 2026
76
12:54 / 09 Oktyabr 2026
1670
12:50 / 09 Oktyabr 2026
70
12:47 / 09 Oktyabr 2026
102
12:37 / 09 Oktyabr 2026
96
12:35 / 09 Oktyabr 2026
85
12:27 / 09 Oktyabr 2026
87
12:15 / 09 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.