Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
28 Oktyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2897
09.10.2026, 23:57
Sentyabrın 21-də Nazirlər Kabineti tərəfindən dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim qaydalarında mühüm dəyişikliklər edilib.
Qəbul edilən yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə zidd olan əlavə geyim elementlərindən istifadə qadağan olunub.
Qeyd etmək lazımdır ki, sözügedən rəsmi sənəddə "hicab" sözü birbaşa işlədilmir və heç bir konkret dini geyim ayrıca qeyd olunmur. Buna baxmayaraq, bəzi media orqanları və radikal dini fəallar bu qərarı dərhal məktəbli formasına daxil olmayan baş örtüklərinin qadağan edilməsi kimi qiymətləndiriblər.
Lakin məsələ ilə bağlı Oxu24.com-a danışan tanınmış ilahiyyatçı Tural İrfan bu cür yanaşmaların tamamilə əsassız və qərəzli olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan hüquqi və dünyəvi dövlətdir və ölkənin təhsil sistemi də bu dünyəvi prinsiplərə əsaslanır:
“Din dövlətdən ayrıdır. İnancından asılı olmayaraq cəmiyyətdə hər kəs bu prinsipə hörmət etməlidir.Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, özünü “İslam dövləti” elan edən teokratik ölkələrdən fərqli olaraq, dini və mənəvi dəyərlərə, tolerantlığa və dini müxtəlifliyə xüsusi önəm verir. Dini abidələrin bərpası və yenidən qurulması, dini icmalara və dini qurumlara dövlət tərəfindən dəstək göstərilməsi də bunun nümunələrindəndir”.
İlahiyyatçı qeyd edib ki, sentyabrın 21-də Nazirlər Kabinetinin qəbul etdiyi qərarda “hicab” sözü və ya hər hansı konkret dini geyim adı qeyd olunmur. Qərar məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlıdır.
Qərarın qəbulundan sonra bəzi çevrələr məsələni dini geyimlərin məhdudlaşdırılması kimi təqdim edərək ictimaiyyətdə fərqli fikir formalaşdırmağa çalışırlar:
“Bu cür yanaşmaların dini radikalizmin təsiri ilə əlaqələndirilməsi və müxtəlif dini və ya məzhəbi adlar altında teokratik ideologiyaların yayılması cəhdlərinə çevrilməməsi vacibdir”,- deyə o bildirib.
Tural İrfan bu cür halların yaranmasının səbəbinin vaxtilə buraxılmış müəyyən boşluqlar olduğunu hesab edir:
“Keçmişdə xarici ölkələrdə (xüsusən İranda) təhsil alıb gələn, burada dini fəaliyyət adı altında təxribatçı işlər görən şəxslər mövcuddur. Həmin təbəqə sosial media platformalarından və geniş bazalardan istifadə edərək, hətta qonşu ölkələrdə belə dövlətimizin əleyhinə aksiyalar və kampaniyalar təşkil etməyə şərait yaradırlar”.
Müsahibimiz diqqətə çatdırıb ki, əksəriyyət məscidlərimizdə din xadimi kimi təmsil olunan, vaxtilə xaricdə oxumuş şəxslərin yetişdirdiyi insanlar illərdir apardıqları təbliğat nəticəsində insanların beyinlərini xurafat və mövhumatla zəhərləmişlər:
“Nəticədə dini cəmiyyət yanlış istiqamətdə formalaşır və dövlətin qəbul etdiyi qanunları manipulyasiya edərək dinin əleyhinəymiş kimi qələmə verirlər. Dini camiə dünyəvi qanunlarımızdan və dövlət quruluşunun tələblərindən çox vaxt bixəbərdir. Bu səbəbdən sağlam milli təfəkkürə malik ilahiyyatçılara böyük ehtiyac var”.
Tural İrfan vahid geyim formasının olmasının beynəlxalq standartlarda tələb və hətta bir qədər gecikdirilmiş bir addım olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox ölkələrdə bu artıq qətiləşib:
“Vahid forma məktəblərdə varlı-kasıb fərqini aradan qaldırır, bərabərliyi və nizam-intizamı qoruyur. Əks halda, hər kəsin fərqli, bahalı və ya mentalitetə uyğun olmayan geyimlərlə gəlməsi vəhdəti pozar. Əgər vahid forma olmasa, zamanla qızlarla oğulların ayrı oxuması, ayrı məktəblər tələb olunması kimi daha ciddi radikal tələblər ortaya çıxa bilər”.
İlahiyyatçı həmçinin vurğulayıb ki, hərbi sistemdə, məhkəmələrdə, polis orqanlarında, aviasiyada və digər dövlət təhsil/xidmət müəssisələrində hər kəs istədiyi geyimdə gedə bilməz:
“Hərbi xidmətə gedən dindar şəxslər də saçını qırxır, hərbi forma geyinir, xidməti başa vurduqdan sonra öz gündəlik libaslarına qayıdırlar. Məktəb də dövlət müəssisəsi olaraq bu cür tənzimlənməlidir. Məktəbdən kənarda hər kəs istədiyi geyimdə, o cümlədən hicabla və ya dini atributlarla gəzə bilər; qadağa yalnız dərs müddətinə və məktəb daxilindəki vahid formaya şamil olunur”.
Tural İrfan İslam dinində zaman, zəmin və şəraitə görə şəriət hökmlərinin tətbiqi qaydaları mövcud olduğunu bildirib:
“Hicab kimi tələblər İslamda vacib olsa da, dövlət məktəblərinin dünyəvi nizamı çərçivəsində müəyyən istisnalar və uyğunlaşdırma prinsipləri nəzərə alınmalıdır. Dinarlar bunu anlayışla qarşılamalıdır.
Dindarlarımız dillərində tolerantlıqdan danışsalar da, əmələ gələndə dövlət qanunlarına qarşı dözümsüzlük göstərməməli, əksinə dövlət qanunlarına hörmətlə yanaşmalıdırlar”.
Son olaraq ilahiyyatçı əlavə edib ki, bu cür qarşıdurmaların aradan qalxması üçün ilk növbədə xarici təsirlərin, məzhəbçiliyin və dini fanatizmin qarşısı alınmalıdır:
“Sağlam düşüncəli ilahiyyatçılar və dövlət qurumları arasında körpü yaradılmalı, dini camiə ilə dövlət qanunlarının tətbiqi arasındakı ziddiyyətlər aradan qaldırılmalıdır.
Xarici ölkələrdə (xüsusən İranda) təhsil alıb məscidlərdə yerləşən bəzi təxribatçı ünsürlər dini adlar altında ekstremist fikirlər yayır ki, bu da dövlətçiliyimizə ziddir”.
Çimnaz Telmanqızı
18:43 / 28 Oktyabr 2026
14
18:35 / 28 Oktyabr 2026
29
18:30 / 28 Oktyabr 2026
52
18:24 / 28 Oktyabr 2026
53
18:20 / 28 Oktyabr 2026
56
18:16 / 28 Oktyabr 2026
113
18:07 / 28 Oktyabr 2026
66
18:01 / 28 Oktyabr 2026
76
17:52 / 28 Oktyabr 2026
281
17:43 / 28 Oktyabr 2026
81
17:40 / 28 Oktyabr 2026
73
17:28 / 28 Oktyabr 2026
136
17:21 / 28 Oktyabr 2026
419
17:16 / 28 Oktyabr 2026
87
17:11 / 28 Oktyabr 2026
91
16:56 / 28 Oktyabr 2026
238
16:53 / 28 Oktyabr 2026
510
16:33 / 28 Oktyabr 2026
1839
16:32 / 28 Oktyabr 2026
322
16:20 / 28 Oktyabr 2026
87
16:05 / 28 Oktyabr 2026
92
15:58 / 28 Oktyabr 2026
86
15:45 / 28 Oktyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.