Qaynar xətt:

(+99450) 247 90 86

Mir Həsən Vəzirov kim idi?

Mir Həsən Vəzirov kim idi?

CƏMİYYƏT

56

08.10.2026, 12:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yəqin ki, çox adamın mənfur “26 Bakı Komissarı”, daha dəqiq, onların Azərbaycana qarşı etdikləri iyrənc əməllərindən xəbəri var. 

Təəssüf ki, həmin “26”-ların içində qanı qanımızdan, canımızdan olan azərbaycanlılar da var idi. 

O azərbaycanlılar ki, Mart soyqırımının törədilməsində dolayı da yox, birbaşa təşkilatçılıq edirdilər. 

Bəli, onlar Məşədi Əzizbəyov və Mir Həsən Vəzirov idi. 

Əzizbəyov məlumdur, bəs Mir Həsən Vəzirov kim idi? 

Mir Həsən Vəzirov 13 fevral 1889-cu ildə anadan olub. 

Əsilli-nəsilli bir genə sahib olsa da, o, bu əsilzadəliyinə uyğun əməllər etməyib. 

Belə ki, Mir Həsən Vəzirov Qarabağ xanı olan İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir.

Bundan başqa, Mir Həsən Vəzirov həm də görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğlu olub.

O da məlumdur ki, əmisi oğlu, yazıçı Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri idi.

Doğrudur, Yusif Vəzir Çəmənzəminlinin də həyat yolunda mübahisəli məqamlar var idi. 

Belə ki, mühacirətdə olduqca ağır, faciəvi həyat keçirən yazıçı, 1925-ci ildə “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində tövbə məktubu çap etdirmişdi. 

Bir ildən sonra isə Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən, Yusif Vəzir sovet vətəndaşlığına daxil oldu. 

Beləliklə, o, 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.

Yusif Vəzirin Azərbaycana dönməsi münasibətilə Məhəmməd Əmin Rəsulzadə onun haqqında “Şərəfsiz bir aqibət” başlıqlı məqalə də yazıb.

Lakin Mir Həsən Vəzirovun həyat yolu isə mübahisəli yox, olduqca açıq və aydın olan bir ləkəli yol idi. 

Bəli, o, Azərbaycanın ən çətin zamanlarında, düşmən hücumları zamanı - 1918-ci ildə Bakı Kommunasının rəhbər heyətində təmsil olunaraq 26 Bakı komissarından biri olub. 

O “26 Bakı komissarı” ki, Azərbaycanda qırğınlar törətmişdi. 

O “26 Bakı komissarı” ki, rəhbəri Azərbaycanın ən qatı düşməni Stepan Şaumyan idi. 

Mir Həsən Vəzirovun eyni zamanda adına Gürcüstanda belə küçə olsa da, sonradan həmin küçənin də adı dəyişdirilib. 

Onun barəsində yeganə sevindirici məqam odur ki, Vəzirov 1918-ci ilin sentyabr ayında Bakı Kommunasının süqutundan sonra digər komissarlarla birlikdə həbs olunub.

Daha sonra isə Pereval və Zaqafqaziya Dəmir yolunun Ağcaqum stansiyaları arasındakı atəş qrupu tərəfindən güllələnib.

Orxan Saffari