Mir Həsən Vəzirov kim idi?
08 Oktyabr 2026, 12:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
65
08.10.2026, 11:50
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur”.
Oxu24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
Açıqlamada qeyd edilib ki, təmir işləri artıq yekunlaşmaq üzrədir.
“Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb”.
Məlumatda qeyd edilib ki, qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
“Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir”.
Qurumun açıqlamasına görə, son ehtiyat tədbirləri yağış mövsümündə görüləcək və yenidənqurma işləri cari ilin noyabr ayının sonunda yekunlaşacaq.
“Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirləri görüləcək.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticələnmişdi.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir”.
12:24 / 08 Oktyabr 2026
1
12:21 / 08 Oktyabr 2026
22
12:12 / 08 Oktyabr 2026
23
12:10 / 08 Oktyabr 2026
31
11:53 / 08 Oktyabr 2026
157
11:50 / 08 Oktyabr 2026
53
11:33 / 08 Oktyabr 2026
57
11:31 / 08 Oktyabr 2026
52
11:28 / 08 Oktyabr 2026
53
11:27 / 08 Oktyabr 2026
58
11:26 / 08 Oktyabr 2026
225
11:25 / 08 Oktyabr 2026
54
11:15 / 08 Oktyabr 2026
54
11:14 / 08 Oktyabr 2026
58
11:02 / 08 Oktyabr 2026
58
10:57 / 08 Oktyabr 2026
61
10:55 / 08 Oktyabr 2026
70
10:52 / 08 Oktyabr 2026
75
10:50 / 08 Oktyabr 2026
60
10:42 / 08 Oktyabr 2026
810
10:32 / 08 Oktyabr 2026
63
10:30 / 08 Oktyabr 2026
67
10:24 / 08 Oktyabr 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.