Gündüz İsmayılov: Dünyada dinlərarası dialoq dedikdə, ilk ağla gələn şəhər məhz Bakıdır
28 Oktyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
201
08.10.2026, 11:31
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Saatlıda baş verən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Oxu24.com-a verilən məlumata görə, oktyabrın 7-si saat 20:45 radələrində Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən, idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpılıb.
Qəza nəticəsində avtomobilində olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdiyimiz istənilən qayda pozuntusunun hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.
13:02 / 28 Oktyabr 2026
1
13:00 / 28 Oktyabr 2026
17
12:50 / 28 Oktyabr 2026
38
12:40 / 28 Oktyabr 2026
38
12:37 / 28 Oktyabr 2026
63
12:35 / 28 Oktyabr 2026
47
12:30 / 28 Oktyabr 2026
50
12:25 / 28 Oktyabr 2026
55
12:16 / 28 Oktyabr 2026
170
12:10 / 28 Oktyabr 2026
56
12:07 / 28 Oktyabr 2026
86
12:00 / 28 Oktyabr 2026
63
11:48 / 28 Oktyabr 2026
497
11:46 / 28 Oktyabr 2026
84
11:41 / 28 Oktyabr 2026
275
11:36 / 28 Oktyabr 2026
71
11:33 / 28 Oktyabr 2026
99
11:30 / 28 Oktyabr 2026
83
11:26 / 28 Oktyabr 2026
157
11:24 / 28 Oktyabr 2026
68
11:20 / 28 Oktyabr 2026
67
11:19 / 28 Oktyabr 2026
69
11:17 / 28 Oktyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.