Milli Məclis yeni DƏYİŞİKLİK ETDİ
27 Oktyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9911
07.10.2026, 09:07
Avtomobillərin etibarnamə ilə idarə olunması son illər yenidən ictimai müzakirələrin mərkəzində duran bir məsələdir. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.
Oxu24.com Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bir çox inkişaf etmiş ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürlər.
Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür.
Ekspert onu da qeyd etdi ki, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır.
11:16 / 27 Oktyabr 2026
2
11:09 / 27 Oktyabr 2026
23
11:05 / 27 Oktyabr 2026
61
10:53 / 27 Oktyabr 2026
39
10:48 / 27 Oktyabr 2026
55
10:45 / 27 Oktyabr 2026
54
10:40 / 27 Oktyabr 2026
68
10:36 / 27 Oktyabr 2026
101
10:34 / 27 Oktyabr 2026
58
10:32 / 27 Oktyabr 2026
64
10:25 / 27 Oktyabr 2026
59
10:14 / 27 Oktyabr 2026
157
10:08 / 27 Oktyabr 2026
80
10:04 / 27 Oktyabr 2026
449
10:02 / 27 Oktyabr 2026
68
09:41 / 27 Oktyabr 2026
75
09:34 / 27 Oktyabr 2026
319
09:29 / 27 Oktyabr 2026
102
09:28 / 27 Oktyabr 2026
69
09:25 / 27 Oktyabr 2026
75
09:24 / 27 Oktyabr 2026
78
00:42 / 27 Oktyabr 2026
128
00:00 / 27 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.