Azərbaycana güclü QAR YAĞIB
04 Oktyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
04.10.2026, 12:31
Uzun illər ərzində xalqımız Ermənistanın işğalçılıq, terrorçuluq, etnik təmizləmə siyasəti və vandallığı ilə üzləşib və 30 ilə yaxın dövr ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizi mütəmadi atəşə tutaraq onların həyatına daim təhlükə yaratmışdır. Yüz minlərlə soydaşımız ata-baba torpaqlarından didərgin düşmüş, şəhər və kəndlərimiz viran edilmiş, maddi-mədəni irsimiz və dini abidələrimiz vəhşicəsinə məhv edilmişdir.
Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
Deputatın sözlərinə görə,Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə rayona məxsus 1 şəhər, 4 qəsəbə və 92 kənd, ümumilikdə 1050 kvadrat kilometr ərazi düşmən nəzarətinə keçmişdi. Təxminən 52 min nəfərin yaşadığı bu torpaqlar yalnız hərbi güc vasitəsilə deyil, həm də sistemli dağıntılarla məhv edilmişdi. Rəsmi hesablamalara görə, işğal nəticəsində Cəbrayıl rayonuna 13 milyard 928 milyon ABŞ dolları məbləğində ziyan vurulmuş, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət müəssisəsi və 100-ə yaxın kənd yerlə-yeksan edilmişdi.
Zaur Şükürov həmçinin bildirib ki,Birinci Qarabağ müharibəsində cəbrayıllılar da xalqımızın bütövlüyü uğrunda misilsiz igidlik nümayiş etdirmişlər.
Rayon üzrə 362 nəfər şəhid olmuş, 191 nəfər əlil kimi ömür sürməyə məhkum edilmişdir. 6 nəfər rayon sakininə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir ki, bu da Cəbrayıl əhalisinin Vətən yolunda göstərdiyi misilsiz fədakarlığın parlaq göstəricisidir. İşğal nəticəsində minlərlə məcburi köçkün respublikanın 58 rayonunun iki minədək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yataqxanalarda və hətta yük vaqonlarında ağır həyat şəraitində məskunlaşmalı olmuşdu.
1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi, strateji yüksəkliklərin düşməndən geri alınması Böyük Qayıdış prosesinin başlanğıcı oldu. Uzun illər mühasirə vəziyyətində yaşayan Cocuq Mərcanlıya həyatın qayıtması həm mənəvi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun igid əsgərləri Lələtəpə yüksəkliyini işğaldan azad etməklə Cəbrayıl uğrunda yeni mərhələnin əsasını qoymuşdular.
Tarixi dönüş nöqtəsi isə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi oldu. Əzmlə həyata keçirilən əks-hücum əməliyyatları çərçivəsində ilk olaraq Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Ardınca 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və onun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan azad olundu. Bununla da cəbrayıllıların otuz ilə yaxın həsrətinə son qoyuldu, Azərbaycan Ordusu Vətən uğrunda misilsiz şücaət nümayiş etdirdi.
Bu möhtəşəm qələbənin arxasında Ali Baş Komandan İlham Əliyevin verdiyi qətiyyətli əmrlər, xalqımızın sarsılmaz iradəsi və şəhidlərimizin misilsiz qəhrəmanlığı dayanırdı. Ordumuzun əsgər və zabitləri böyük fədakarlıq, cəsarət və qəhrəmanlıq göstərərək düşmənin illərlə qurduğu istehkamları yardı, Cəbrayıl torpaqlarında Azərbaycan bayrağını dalğalandırdı. Nəticədə, rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd əsarətdən xilas edilərək Azərbaycan bayrağına qovuşdu.
Düşmən Cəbrayıl torpaqlarında bir neçə müdafiə xətti yaratmışdı. Hərbi əməliyyatların uğurla həyata keçirilməsi üçün bu istehkamların yarılması zəruri idi və bu, Azərbaycan əsgərinin fədakarlığı, cəsarəti və müzəffər iradəsi hesabına mümkün oldu. Cəbrayıl əməliyyatının strateji əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə Azərbaycan Ordusunun daha geniş istiqamətlərdə irəliləməsinə, xüsusilə Xocavəndin cənub kəndləri və Hadrut qəsəbəsi, eyni zamanda Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissələrində uğurlu əməliyyatlar aparmasına zəmin yaratdı. Məhz Cəbrayılın azad olunması nəticəsində Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü ki, bu da müharibənin taleyini dəyişən əsas mərhələlərdən biri oldu.
Xüsusi qeyd edilməlidir ki, Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün azad edilməsi həm tarixi, həm də siyasi rəmz daşıyırdı. 2020-ci ilin noyabr ayında Xudafərin körpüsündə Azərbaycan bayrağınının ucaldılması zəfərin əbədiliyini təsdiqləyən bir hadisəyə çevrildi. Bu, bütün dünyaya xalqımızın iradəsini, ordumuzun gücünü və dövlətimizin əzmini nümayiş etdirdi.
Cəbrayılın işğaldan azad olunması yalnız bir rayonun xilas edilməsi deyildi, bütöv Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzinə çevrilən silinməz bir səhifə idi. Qazanılan zəfər onilliklər boyu yurd həsrəti ilə yaşayan on minlərlə cəbrayıllının doğma torpaqlarına qayıdışı üçün yeni üfüqlər açdı, onların qəlbində ümid çırağını yenidən alovlandırdı.
Bu gün artıq “Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayılda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir, müasir məktəblər, xəstəxanalar, yaşayış massivləri inşa olunur, infrastruktur bərpa edilir.
Prezident cənab İlham Əliyevin bu bölgəyə ondan çox səfəri həyata keçirilib və dövlət başçımızın tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2.974 nəfər, Horovlu kəndində 321 ailə, 1.326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2.749 nəfər olmaqla cəmi 1.600 ailə, 7.022 nəfər məskunlaşıb.
Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində Cəbrayıl yenidən dirçəlir, həyat ritmi bərpa olunur və əsrlərin yaddaşına qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi gələcək nəsillərə əbədi miras kimi ötürülür.
Miri Məcidli
12:55 / 04 Oktyabr 2026
33
12:48 / 04 Oktyabr 2026
41
12:13 / 04 Oktyabr 2026
689
12:10 / 04 Oktyabr 2026
256
11:22 / 04 Oktyabr 2026
51
11:14 / 04 Oktyabr 2026
100
11:08 / 04 Oktyabr 2026
733
10:49 / 04 Oktyabr 2026
94
10:22 / 04 Oktyabr 2026
355
10:20 / 04 Oktyabr 2026
55
09:49 / 04 Oktyabr 2026
65
03:58 / 04 Oktyabr 2026
120
00:16 / 04 Oktyabr 2026
153
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
91
22:53 / 03 Oktyabr 2026
110
22:48 / 03 Oktyabr 2026
89
22:41 / 03 Oktyabr 2026
118
22:29 / 03 Oktyabr 2026
113
22:13 / 03 Oktyabr 2026
256
22:08 / 03 Oktyabr 2026
147
21:24 / 03 Oktyabr 2026
100
21:09 / 03 Oktyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.