Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO
02 Oktyabr 2026, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
30
02.10.2026, 21:33
Son illərdə ali təhsil müəssisələrini bakalavr dərəcəsi üzrə bitirən gənclər arasında magistraturaya axın və maraq nəzərəçarpan dərəcədə artıb. Müasir əmək bazarında rəqabətin güclənməsi gəncləri ali təhsilin ikinci pilləsində oxumağa sövq edən əsas amillərdən biri kimi qiymətləndirilir. Hətta universitetdə qalıb elmi-pedaqoji fəaliyyətlə məşğul olmağı planlaşdırmayan şəxslər də magistr təhsilini prioritet hesab edirlər. Cəmiyyətdə magistr diplomunun əməkhaqqını 30 faizədək artıra biləcəyi ilə bağlı müxtəlif iddialar və mülahizələr də səsləndirilməkdədir.
Bununla yanaşı, bir çox gəncin akademik karyera qurmaq niyyəti olmasa da, bu pilləyə müraciət etməsi mövzunu aktuallaşdırır. Hərbi xidmətdən möhlət hüququ almaq istəyi də müəyyən kateqoriya gənclər üçün bu seçimi şərtləndirən faktorlar arasında yer alır. Eyni zamanda, bakalavr pilləsində yanlış ixtisas seçən gənclər magistratura vasitəsilə öz yönümlərini dəyişməyə çalışırlar. Bəs akademik karyera hədəfləməyən gənclər üçün magistr dərəcəsi həqiqətənmi bu qədər həyati əhəmiyyət kəsb edir? Məsələnin mahiyyətini, əməkhaqqı artımı ilə bağlı iddiaları və gənclərin real motivasiyasını mütəxəssislə araşdırdıq.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, son dövrlər istər ölkə daxilində, istərsə də xaricdə magistratura istiqamətinə maraq tədricən artmaqdadır. Ekspertin sözlərinə görə, bu artıma baxmayaraq, təəssüf doğuran məqamlar da mövcuddur:
"Oğlan tələbələrin böyük bir qismi magistraturaya hərbi xidmətdən müəyyən qədər möhlət almaq üçün üz tutur. Yalnız öz istəkləri ilə elmi fəaliyyəti davam etdirmək və ya həqiqətən magistr təhsili almaq istəyənlər azlıq təşkil edir”.
Ekspert magistr diplomunun əməkhaqqına təsiri ilə bağlı cəmiyyətdə dolaşan fikirlərə də aydınlıq gətirib:
"Bəzi bakalavrlar magistratura təhsili alıb əmək fəaliyyətinə başlayarkən əlavə güzəştlər və ya əməkhaqqı artımı gözləyirlər. Lakin magistraturaya görə birbaşa əlavə əməkhaqqının nəzərdə tutulması fikri doğru deyil. İstisna hal kimi bəzi müəssisələr bu amili nəzərə ala bilsə də, xüsusən istehsalat və digər sahələrdə magistr təhsilinin olub-olmaması o qədər də böyük əhəmiyyət kəsb etmir”.
Elçin Əfəndi akademik karyera qurmaq istəməyən gənclərin nə üçün magistraturanı prioritet hesab etdiyini belə izah edib:
"Magistraturaya müraciət edənlərin böyük əksəriyyəti ixtisasını dəyişmək istəyir. Müraciət edənlərin çoxu MBA proqramlarını seçərək fərqli sahələrə keçməyə çalışırlar. Bu da vaxtında bakalavr təhsilində düzgün istiqamətlənməyən, düzgün seçim etməyən və öz ixtisası üzrə iş tapa bilməyən gənclərdir. Akademik karyera qurmaq istəməyən gənclər üçün magistr təhsili məhz fərqli ixtisas qazanmaq və yeni iş, karyera imkanları əldə etmək baxımından vacib əhəmiyyət daşıyır. Məhz bu səbəbdən hər il ən çox müraciət MBA və ixtisasdəyişmə imkanı verən proqramlara olunur”.
Yekun olaraq görünür ki, ölkəmizdə magistratura təhsili yalnız akademik pillə kimi deyil, daha çox əmək bazarında yeni şanslar qazanmaq vasitəsi kimi qəbul olunur. Xüsusilə bakalavr pilləsində yanlış ixtisas seçimi edən gənclər üçün bu mərhələ karyera trayektoriyasını yenidən qurmaq imkanı yaradır. Ekspertlərin də vurğuladığı kimi, diplomun özlüyündə avtomatik əməkhaqqı artımı təmin etməməsi gəncləri daha şüurlu və məqsədyönlü seçim etməyə sövq etməlidir. Ali təhsil müəssisələrində və məktəb illərində düzgün peşə yönümünün aparılması isə gələcəkdə süni ixtisasdəyişmə tələbatını əhəmiyyətli dərəcədə azalda bilər. Beləliklə, magistraturanın mahiyyətinin yalnız diplom almaqla məhdudlaşmadığı, əsl bilik və praktiki bacarıqların artırılmasına xidmət etməli olduğu bir daha aydın olur.
Çimnaz Telmanqızı
21:27 / 02 Oktyabr 2026
23
21:25 / 02 Oktyabr 2026
39
21:18 / 02 Oktyabr 2026
40
21:11 / 02 Oktyabr 2026
56
20:59 / 02 Oktyabr 2026
67
20:51 / 02 Oktyabr 2026
62
20:47 / 02 Oktyabr 2026
58
20:42 / 02 Oktyabr 2026
58
20:40 / 02 Oktyabr 2026
66
20:28 / 02 Oktyabr 2026
64
20:24 / 02 Oktyabr 2026
58
20:18 / 02 Oktyabr 2026
201
20:16 / 02 Oktyabr 2026
57
20:10 / 02 Oktyabr 2026
60
19:59 / 02 Oktyabr 2026
60
19:57 / 02 Oktyabr 2026
162
19:47 / 02 Oktyabr 2026
79
19:39 / 02 Oktyabr 2026
97
19:36 / 02 Oktyabr 2026
93
19:29 / 02 Oktyabr 2026
79
19:27 / 02 Oktyabr 2026
75
19:22 / 02 Oktyabr 2026
62
19:08 / 02 Oktyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.