Cəlilabadda 10 yaşlı uşaq yüksək qızdırmadan ölüb.
11 Noyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
302
02.10.2026, 17:59
Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır.
Oxu24.com xəbər verir ki, bu məsələ maliyyə nazirinin birinci müavini Anar Kərimovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Bildirilib ki, Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” – FINGROW layihəsi çərçivəsində qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin tətbiqi nəzərdə tutulur.
Hazırda həmin mexanizmlərin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Anar Kərimov qeyd edib ki, maliyyə əlçatanlığının genişləndirilməsi və özəl sektorun maliyyələşdirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays isə FINGROW layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsinə yönəlmiş təşəbbüslərə Bankın maliyyə və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
22:15 / 11 Noyabr 2026
1
22:11 / 11 Noyabr 2026
28
22:07 / 11 Noyabr 2026
29
22:06 / 11 Noyabr 2026
43
21:59 / 11 Noyabr 2026
55
21:45 / 11 Noyabr 2026
63
21:14 / 11 Noyabr 2026
387
21:08 / 11 Noyabr 2026
308
21:05 / 11 Noyabr 2026
104
20:58 / 11 Noyabr 2026
107
20:49 / 11 Noyabr 2026
541
20:47 / 11 Noyabr 2026
96
20:28 / 11 Noyabr 2026
101
20:22 / 11 Noyabr 2026
120
20:19 / 11 Noyabr 2026
101
20:08 / 11 Noyabr 2026
101
19:57 / 11 Noyabr 2026
540
19:49 / 11 Noyabr 2026
132
19:43 / 11 Noyabr 2026
117
19:33 / 11 Noyabr 2026
143
19:19 / 11 Noyabr 2026
190
19:07 / 11 Noyabr 2026
128
18:42 / 11 Noyabr 2026
518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.