Nazirlər Kabineti maaşlarla bağlı QƏRAR VERƏCƏK
11 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
394
01.10.2026, 17:56
Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb.
Oxu24.com xəbər verir ki,bunu APA-ya açıqlamasında Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid deyib.
Şöbə müdiri bildirib ki, yeni Dövlət Qulluğu Məcəlləsində işə qəbul zamanı sertifikat tələbi var, dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün isə sertifikata ehtiyac olmayacaq: “Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndirmə ilə nəzərə alınacaq”.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” hazırda qüvvədə olan qanunun 28-1-ci maddəsi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi qaydasını müəyyən edir.
Maddəyə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz.
Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan verilməsi barədə müddəa yoxdur.
Əlavə edək ki, Azərbaycanda yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.
Layihə 15 fəsil, 94 maddədən ibarətdir.
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindikdən sonra 6 qanun - "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar ləğv ediləcək.
Dövlət Qulluğu Məcəlləsinin layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilmiş plenar iclasında birinci oxunuşda qəbul olunub.
13:44 / 11 Noyabr 2026
1
13:41 / 11 Noyabr 2026
12
13:33 / 11 Noyabr 2026
94
13:27 / 11 Noyabr 2026
63
13:19 / 11 Noyabr 2026
54
13:13 / 11 Noyabr 2026
59
12:57 / 11 Noyabr 2026
120
12:54 / 11 Noyabr 2026
115
12:48 / 11 Noyabr 2026
95
12:44 / 11 Noyabr 2026
141
12:35 / 11 Noyabr 2026
209
12:32 / 11 Noyabr 2026
101
12:29 / 11 Noyabr 2026
84
12:24 / 11 Noyabr 2026
593
12:19 / 11 Noyabr 2026
448
12:15 / 11 Noyabr 2026
104
12:09 / 11 Noyabr 2026
94
11:57 / 11 Noyabr 2026
658
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
212
11:43 / 11 Noyabr 2026
1366
11:34 / 11 Noyabr 2026
127
11:32 / 11 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.