BOKT-dan kredit götürənlərin nəzərinə
30 Sentyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
42
30.09.2026, 18:45
Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Zəfərdən sonra Azərbaycanda yeni institut-nümayəndəlik təsisatının da formalaşması sübut edir ki, yeni dövlət qulluğu siyasəti məhz ölkə başçısı tərəfindən daha genişmiqyaslı bir səviyyədə gerçəkləşməyə başlayıb.
Xatırladaq ki, 2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığımız tarixi şəraitin məhsulu idi, Rusiyanın 1990-cı illərdə formalaşdırdığı Məcəllədən götürülmüşdü. Halbuki qonşu ölkə federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir. Azərbaycan isə unitar dövlətdir. Ona görə ölkəmizin dövlət qulluğu sistemi millətimizin tələblərinə, peşəkar kadrların qorunmasına və yüksəlişinə, sosial təminatına yönəlməlidir.
2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 44,2 faizi təkcə 7-ci təsnifat üzrə inzibati vəzifələrdədir, yardımçı vəzifələrin payı isə 23,2 faizdir. Dövlət qulluğunda 15 il və daha çox xidmət etmiş insanların payı cəmi 27,4 faizdir. Yəni, söhbət təxminən 7,5 min təcrübəli dövlət qulluqçusundan gedir.
Uzun müddət dövlət qulluğunda çalışan şəxslər bir neçə struktur və rəhbərlik dəyişikliyini, davamlı qanunvericilik islahatlarını, dövlətçiliyimiz üçün mühüm sınaqları və imtahanları keçiblər. Dövlət illərlə bir kadrın hazırlanmasına və təcrübə toplamasına vəsait və zaman sərf edir. “Yüksəliş” müsabiqəsinin məqsədi kadr bankı yaratmaqdır. Ona görə dövlət qulluğunda kadr sabitliyi idarəetmənin ən vacib tələblərindən biridir. Nazir, komitə sədri, agentlik rəhbəri müyən zaman periodunda dəyişə bilər. Struktur və institusional islahatlar da normal prosesdir. Lakin dövlət qulluqçusunun taleyi sahə qurumuna gələn birinci şəxsin subyektiv iradəsindən asılı olmamalıdır. Əks halda dövlətçilik məktəbi yaratmaq əvəzinə, rəhbərlikdən-rəhbərliyə dəyişən komandalar sistemi meydana çıxacaq.
İkinci böyük məsələ dövlət qulluğuna qəbuldur. 95 bal toplayan namizədin müsahibədə fikrini ifadə edə bilməməsi nümunəsi əks arqument kimi göstərilir. 2025-ci ilin nəticələrinə görə DİM-in üç əsas seçim xətti üzrə 4 065 vakansiya olub, 15 743 qeydiyyat aparılıb, 7 350 nəfər isə faktiki iştirak edib, 2 920 uğurlu nəticə qeydə alınıb və 2 054 təyinat baş tutub. Müsabiqə mərhələsində bir vakansiyaya orta hesabla 7,11 qeydiyyat düşdüyü halda, təyinatların boş yerlərə nisbəti cəmi 46,8 faiz olub. İllərlə ehtiyat siyahıda minlərlə işə qəbulu gözləyənlər olduğu halda 2800-dən çox vakant yer qalır, yəqin müqaviləli işçilərlə tutulur.
Halbuki imtahanın və müsahibənin məqsədi mümkün qədər çox insanı kənarda saxlamaq olmamalıdır. Təkrar qiymətləndirmə əvvəlki nəticələri, sonrakı əmək təcrübəsini, əlavə təhsili və peşəkar inkişafı nəzərə alan daha çevik mexanizmlə qurularsa, yeni Məcəllə həm xalqımıızn, həm də dövlət qulluqçusu olmağa çalışan insanların xeyrinə işləyər.
Yeni layihəyə görə, təyin edilməmiş uğurlu namizəd beş yox, iki il ehtiyat kadr kimi saxlanılır və həmin müddətdə analoji vakansiya yarandıqda təyin edilə bilər. Layihədə test imtahanlarının rübdə ən azı bir dəfə keçirilməsi də nəzərdə tutulur. Təklif var ki, daha balanslı yanaşma tətbiq olunsun, yəni sertifikatın ümumi qüvvədə olma müddəti 3 il və sadələşdirilmiş yenilənmə testi verməklə, vakansiya tapa bilməyən şəxslər üçün müəyyən keçid güzəştinin verilməsi faydalı olar. Çünki məqsəd peşəkarlığı qorumaqdırsa, namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür.
Digər tərəfdən, atestasiya ilə daimi imtahan rejimi bir-birindən fərqli anlayışdır. Dövlət qulluqçusu il ərzində bir neçə dəfə müxtəlif yoxlama, daxili imtahan və qiymətləndirməyə cəlb olunursa, onun vaxtının və enerjisinin nə qədər hissəsinin əsas işinə qaldığını da ölçmək lazımdır.
Başqa bir fundamental məsələ vahid vəzifə sistemidir. Unitar dövlətin qulluğunda eyni dəyərdə iş müxtəlif qurumlarda tamamilə fərqli karyera statusuna malik olmamalıdır. “Məsləhətçi”, “aparıcı məsləhətçi”, “böyük məsləhətçi”, “baş məsləhətçi” pillələrinin məsuliyyət və səlahiyyət səviyyəsi bir-birindən xüsusi fərqə malik deyil. Əvəzində titulların sayı çoxalsa da səlahiyyətlər böyümür, olduğu kimi qalır. Bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatına ehtiyac var.
Əməkhaqqı və karyera məsələsi də bir-birindən ayrılmazdır. 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2 059 manat olub və əvvəlki illə müqayisədə 4,5 faiz artıb. Yeni Məcəllədə qulluq stajının əməkhaqqı pillələri ilə daha sistemli əlaqələndirilməsi diqqətəlayiq dəyişiklikdir. Lakin dövlət yüksək ixtisaslı hüquqşünas, iqtisadçı, data analitiki, mühəndis, İT mütəxəssisi uğrunda özəl sektorla rəqabət aparmaq istəyirsə, dövlət qulluğu yuxarı maddi təminata malik olması vacib şərtdir.
Sayı on minlərlə ölçülən insanlar ləyaqətlə xalqımıza xidmət edir, gündəlik əsasda dövlət siyasətini peşəkar şəkildə həyata keçirir, vətəndaşların hüquqi mənafelərini qoruyurlar. Dövlət qulluqçusunun nüfuzunu daim yüksək tutaraq ondan keyfiyyətli xidmət tələb etmək mümkündür. Qalib dövlətin qulluqçusu olmaq da cəmiyyətdə şərəfli və rəqabətli vəzifəyə çevrilməlidir.
19:01 / 30 Sentyabr 2026
1
18:53 / 30 Sentyabr 2026
22
18:29 / 30 Sentyabr 2026
39
18:14 / 30 Sentyabr 2026
61
18:06 / 30 Sentyabr 2026
52
17:49 / 30 Sentyabr 2026
60
17:29 / 30 Sentyabr 2026
78
17:15 / 30 Sentyabr 2026
71
17:06 / 30 Sentyabr 2026
77
17:04 / 30 Sentyabr 2026
965
17:02 / 30 Sentyabr 2026
159
16:40 / 30 Sentyabr 2026
710
16:20 / 30 Sentyabr 2026
64
16:13 / 30 Sentyabr 2026
69
15:55 / 30 Sentyabr 2026
71
15:46 / 30 Sentyabr 2026
63
15:35 / 30 Sentyabr 2026
84
15:31 / 30 Sentyabr 2026
71
15:19 / 30 Sentyabr 2026
81
15:08 / 30 Sentyabr 2026
78
15:01 / 30 Sentyabr 2026
162
14:49 / 30 Sentyabr 2026
84
14:36 / 30 Sentyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.