Uşaqların hesabına hər ay pul yatırılacaq? – Deputat DETALLARI AÇIQLADI
21 Oktyabr 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
227
30.09.2026, 15:46
“Hərbi-texnoloji sahədə dərinləşən əməkdaşlıq Slovakiya-Azərbaycan dostluğunun bariz nümunəsidir”.
Oxu24.com xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri və səfər əsnasında əldə edilən razılaşmalar Azərbaycan-Slovakiya dostluğuna töhfə verəcək:
“Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın ölkəmizə səfəri, səfər əsnasında verdiyi açıqlamalar Azərbaycan-Slovakiya əlaqələrinin sürətlə inkişaf etdiyini, iki dövlət arasındakı dostluq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Səfər zamanı Robert Kalinak mətbuata açıqlamasında Azərbaycanın malik olduğu hərbi texnologiya, eləcə də PUA-ların ölkəsi üçün ciddi maraq kəsb etdiyini bildirdi. Həmçinin vurğuladı ki, birgə hərbi istehsalın genişlənməsi, bəzi müasir hərbi texnologiya nümunələrinin bütün elementlərinin Azərbaycanda istehsalı əsas planlardan biridir. Slovakiyanın müdafiə naziri onu da vurğuladı ki, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsi üçün bilik və texnologiya müstəvisində təcrübə mübadiləsini zəruri hesab edir”.
Polkovnik qeyd edib ki, Robert Kalinakın açıqlamasında diqqət çəkən məqamlardan biri də Slovakiyanın müdafiə nazirinin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlığa diqqət çəkməsi, dövlətimizi bütün dünya üçün nümunə göstərməsidir:
“Slovakiyanın müdafiə nazirinin açıqlamasında qürur doğuran məqamlardan biri də onun Azərbaycanın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkməsi, ölkəmizin öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı bu mübarizəni digər ölkələr üçün nümunə hesab etməsidir. Robert Kalinak qeyd etdi ki, “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib”. Slovakiyanın müdafiə nazirinin bu sözləri bir daha Vətən müharibəsindəki qalibiyyətimizin bütün dünya tərəfindən tanındığını, onun nəticələrinin ciddi şəkildə təhlil edildiyini göstərir.
Ümumiyyətlə, Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafı, iki dövlət arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasətinin çoxsaylı nümunələrindən biridir. Bu fakt sübut edir ki, Azərbaycan milli və qlobal təhlükəsizliyin etibarlı təmini üçün yeni müttəfiqlər tapmaqda, öz hərbi sənayesini sürətlə inkişaf etdirməkdə davam edir və bu proses bundan sonra da qətiyyətli şəkildə davam etdiriləcək”.
15:20 / 21 Oktyabr 2026
30
15:15 / 21 Oktyabr 2026
32
15:05 / 21 Oktyabr 2026
55
14:50 / 21 Oktyabr 2026
62
14:45 / 21 Oktyabr 2026
71
14:45 / 21 Oktyabr 2026
58
14:33 / 21 Oktyabr 2026
181
14:31 / 21 Oktyabr 2026
115
14:22 / 21 Oktyabr 2026
207
14:20 / 21 Oktyabr 2026
74
14:08 / 21 Oktyabr 2026
365
14:04 / 21 Oktyabr 2026
75
13:51 / 21 Oktyabr 2026
522
13:47 / 21 Oktyabr 2026
72
13:40 / 21 Oktyabr 2026
73
13:34 / 21 Oktyabr 2026
86
13:29 / 21 Oktyabr 2026
198
13:19 / 21 Oktyabr 2026
436
13:08 / 21 Oktyabr 2026
73
13:01 / 21 Oktyabr 2026
92
12:57 / 21 Oktyabr 2026
88
12:53 / 21 Oktyabr 2026
83
12:50 / 21 Oktyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.