ŞAD XƏBƏR!"Araz"da kərə yağları 44% endirimə düşdü
29 Oktyabr 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
19.09.2026, 12:23
XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib.
Oxu24.com xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, I Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır:
“Qurultay yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcək”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, Qurultayın məqsədi Türk dünyasının bəstəkarlar ittifaqının və idarəetmə qurumunun yaradılması ilə bəstəkarları və musiqi sənətçilərini bir araya gətirməkdir: “Bizim musiqi sənətimiz onsuz da yüksək səviyyədədir. Xalq sənətimiz də çox yüksək səviyyədədir. Xalq mahnılarımız var, estradamız var, cazımız var. Bunlarla bağlı heç bir şikayətimiz yoxdur. Amma akademik, ciddi musiqidə böyük problemlər var. Mən istəyərdim ki, bizim əsas diqqətimiz və hədəfimiz məhz bu olsun. İstəyirik ki, bizim akademik, ciddi musiqi sahəsində yazılan əsərlər dünyanın bütün böyük səhnələrinin repertuarına daxil olsun və onları müxtəlif ölkələrdə ifa edək”.
İSESKO-nun Azərbaycandakı Regional Ofisinin direktoru Abdulhakeem Alsenan deyib ki, məqsəd mədəniyyət elm sahəsində yeni körpülər yaratmaqdır: “Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdıran şəxsdir. O, öz musiqisi vasitəsilə ənənə ilə yeni kimliyi bir araya gətirdi. Bizə göstərdi ki, mədəniyyət həm kimliyimizi qoruya, həm də yaradıcılıq və dialoq üçün yeni qapılar aça bilər. UNESCO-da biz mədəniyyətin insanları birləşdirmək gücünə dərindən inanırıq. İnanırıq ki, mədəni irs yalnız keçmişdən qalan bir dəyər deyil, o, bu gün də kimliyimizin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün onu qorumağımız vacibdir. UNESCO ilə Azərbaycan Respublikası arasında mövcud olan bu güclü tərəfdaşlıqla qürur duyuruq. UNESCO-nun Bakıdakı regional ofisi vasitəsilə Azərbaycan, Mərkəzi Asiya, İslam dünyası və beynəlxalq ictimaiyyət arasında mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışırıq”.
Qazaxıstan Respublikası Bəstəkarlar Assosiasiyasının sədri Artyk Tokansanbayev bildirib ki, müasir türk musiqisinin kataloqu yaradılmalıdır: “Burada məqsəd bizim bəstəkarların əsərlərini dünyaya çatdırmaqdır. Əlbəttə, əsərləri kopyalamaq olmaz. Hər bir ölkənin öz qanunvericiliyi, öz yolu var. Biz bazarın qanunlarını yox, miqyasını dəyişə bilərik. Dünyanın ən böyük nəşriyyatları, festivalları və peşəkar agentlikləri ilə əməkdaşlıq edərək böyük miqyasda fəaliyyət göstərməliyik. Bunu hər bir bəstəkarın ayrı-ayrılıqda həll etməsi lazım deyil. Keyfiyyətli və peşəkar şəkildə hazırlanmış musiqini təmsil edən peşəkar bir cəmiyyət olaraq bunu birlikdə etməliyik. Bu baxımdan, bəzi hallarda musiqi nəşriyyatları, bəzi hallarda beynəlxalq studiyalar və ya lisenziyalaşdırma qurumları ilə əməkdaşlıq etmək mümkündür”.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri, Özbəkistan Respublikasının Əməkdar İncəsənət Xadimi Rüstəm Abdullayev deyib ki, 2022–2026-cı illərdə Özbəkistanda 28 konsert keçirilib: “Həmin konsertlərdə tanınmış azərbaycanlı ifaçıların çıxışları olub. Ümumiyyətlə, bizim daim əlaqəmiz, daimi təmaslarımız var və gələcəkdə də birgə konsertlərin keçirilməsini planlaşdırırıq. Biz daha çox yeni bəstəkarlara və ifaçılara imkan yaratmaq istəyirik”.
Qurultay türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi ilə davam edib.
Həmçinin oxuyun
17:06 / 29 Oktyabr 2026
16
16:59 / 29 Oktyabr 2026
46
16:56 / 29 Oktyabr 2026
45
16:53 / 29 Oktyabr 2026
166
16:50 / 29 Oktyabr 2026
286
16:48 / 29 Oktyabr 2026
66
16:45 / 29 Oktyabr 2026
51
16:44 / 29 Oktyabr 2026
71
16:40 / 29 Oktyabr 2026
54
16:17 / 29 Oktyabr 2026
79
16:04 / 29 Oktyabr 2026
130
16:03 / 29 Oktyabr 2026
108
15:50 / 29 Oktyabr 2026
561
15:42 / 29 Oktyabr 2026
370
15:36 / 29 Oktyabr 2026
295
15:32 / 29 Oktyabr 2026
150
15:22 / 29 Oktyabr 2026
110
15:20 / 29 Oktyabr 2026
95
15:10 / 29 Oktyabr 2026
150
14:58 / 29 Oktyabr 2026
141
14:50 / 29 Oktyabr 2026
345
14:43 / 29 Oktyabr 2026
115
14:40 / 29 Oktyabr 2026
4420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.