Hikmət Hacıyev paylaşım etdi
29 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2105
18.09.2026, 19:51
Ötən gün “Real TV”nin baş direktoru Mirşahinin Ağayevin oğlu jurnalist Mirçingiz Ağayevin toyu barədə sosial mediada yazılanlar müzakirələrə səbəb olub. Yayılan iddialara görə, aralarında mübahisə yarandığı üçün Mirşahin oğlunun toyunda iştirak etməyib. Hətta o, “Real TV”nin digər işçilərinə də toya getməyi qadağan edib. Nəticədə, keçmiş “Yeganə”, indiki “Valmora” şadlıq evində baş tutan toyda çox az adam iştirak edib. İddialara görə, şadlıq sarayına tələb edilən menyuya görə pul ödənmədiyi üçün Mirçingiz və onun xanımı girov saxlanılıb. Məlumatı jurnalist Ülviyyə Alovlu paylaşıb.
Oxu24.com bildirir ki, yayılan xəbərlərlə bağlı Pravda.az Mirçingiz Ağayevlə əlaqə saxlayıb.
O, atasının toya gəlməmə səbəbini belə izah edib: “Atamın toya gəlməməsi doğru məlumatdır. Çünki bir ay öncədən atam Naxçıvana biletini almışdı. “Real TV”nin əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimat gecəsində olacaqdı. Bununla bağlı ayrıca məlumat vermişdi. Təqdimat mərasimində bir çox rəsmilərin də iştirak edəcəyini nəzərə alaraq, düşünmək olmazdı ki, həmin tədbiri təxirə salıb toya gələcək. Bu məlumatın doğruluğunu təsdiq edə bilərəm. Təqdimatda olduğunu bildirən paylaşım da etmişdi. “Real TV”dən bəzi əməkdaşlar gəlmişdilər, hətta keçmiş əməkdaşlar da. Amma çoxluq yox idi. Bu isə yayılan məlumatlarla bağlı deyil. Əvvəlki iş yerimdən də dəvət etdiyim xeyli adamın gəlməmək üçün müxtəlif səbəbləri var idi. Kimisi xəstələnib, kimisi ölüb. Ölənləri başa düşürəm, dirilərin gəlməmələri ilə bağlı məni üzən məqamlar var. Bunu da şaiyələrlə əlaqələndirmək istəməzdim. Bizi girov saxlamaları barədə məlumat yanlışdır. İçəridə mən və bir neçə qohumum olub. Haqq-hesab həll ediləndən sonra - təqribən, on beş-iyirmi dəqiqə ərzində mən də şadlıq sarayından çıxdım”.
22:50 / 29 Oktyabr 2026
3
22:47 / 29 Oktyabr 2026
10
22:42 / 29 Oktyabr 2026
57
22:37 / 29 Oktyabr 2026
34
22:34 / 29 Oktyabr 2026
45
22:32 / 29 Oktyabr 2026
46
22:30 / 29 Oktyabr 2026
89
22:27 / 29 Oktyabr 2026
59
22:24 / 29 Oktyabr 2026
56
22:17 / 29 Oktyabr 2026
55
22:11 / 29 Oktyabr 2026
72
22:07 / 29 Oktyabr 2026
68
21:48 / 29 Oktyabr 2026
88
21:45 / 29 Oktyabr 2026
758
21:42 / 29 Oktyabr 2026
100
21:33 / 29 Oktyabr 2026
73
21:31 / 29 Oktyabr 2026
147
21:27 / 29 Oktyabr 2026
76
21:18 / 29 Oktyabr 2026
77
21:04 / 29 Oktyabr 2026
108
21:02 / 29 Oktyabr 2026
125
20:49 / 29 Oktyabr 2026
198
20:41 / 29 Oktyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.