Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1041
18.09.2026, 18:28
Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə mühüm görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın cari gündəliyini, o cümlədən insan hüquqları sahəsində birgə fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər. Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə eyni zamanda regiondakı cari vəziyyət və baş verən son proseslər ətrafında geniş müzakirələr aparılıb. Daimi nümayəndə Rövşən Sadıqbəyli Ali Komissarla görüşməkdən məmnunluğunu ifadə edərək ölkəmizin beynəlxalq təşkilatlarla konstruktiv dialoqa sadiq olduğunu vurğulayıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə əməkdaşlığın genişləndirilməsi ölkədə insan hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Sözügedən tərəfdaşlıq təkcə hesabatların təqdim olunması ilə məhdudlaşmayaraq, qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin inkişafını hədəfləyir. Eyni zamanda, bu əməkdaşlıq beynəlxalq hesabatlılığın daha sistemli və şəffaf şəkildə qurulmasında mühüm rol oynayır. Bəs Azərbaycanın bu nüfuzlu qurumla əlaqələrinin daha da genişlənməsi ölkədə hüquqların müdafiəsi və beynəlxalq hesabatlılıq baxımından konkret olaraq hansı nəticələri verə bilər?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova bildirib ki, tərəflər arasındakı müzakirələr və əməkdaşlığın genişləndirilməsi ilk növbədə beynəlxalq insan hüquqları standartlarının milli səviyyədə tətbiqinin gücləndirilməsinə xidmət edə bilər.
Vəkil qeyd edib ki, bu tərəfdaşlıq çərçivəsində müzakirə olunan və həyata keçirilən tədbirlər geniş spektrli istiqamətləri əhatə edir:
Qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin dövlət qurumlarının institusional imkanlarının artırılması.
Hakimlər, prokurorlar, vəkillər və digər hüquq mütəxəssisləri üçün xüsusi təlimlərin təşkili və texniki yardımın göstərilməsi. Azərbaycanla OHCHR arasında bu tip potensialın gücləndirilməsi üzrə əvvəlki təcrübələrin də mövcud olduğu xüsusi vurğulanıb.
İlhamə Həsənovanın sözlərinə görə, Azərbaycan BMT-nin əsas insan hüquqları müqavilələri üzrə müxtəlif monitorinq və hesabat mexanizmlərində fəal iştirak edir. Ölkədə BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlığı, hesabatların hazırlanmasını və verilmiş tövsiyələrin icrasını əlaqələndirən daimi milli mexanizm fəaliyyət göstərir.
Əməkdaşlığın genişlənməsi UPR çərçivəsində verilmiş tövsiyələrin həyata keçirilməsini daha konkret və ölçülə bilən prosesə çevirə bilər.
İlhamə Həsənova diqqətə çatdırıb ki, beynəlxalq əməkdaşlığın özü avtomatik olaraq insan hüquqları vəziyyətinin yaxşılaşması demək deyil:
"Real nəticə verilən tövsiyələrin milli qanunvericiliyə və hüquq tətbiqetmə təcrübəsinə nə dərəcədə çevrilməsindən, onların icrasının izlənilməsindən və dövlət qurumları ilə yanaşı Ombudsman, vəkillik və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakından asılı olacaq”.
Yekun olaraq qeyd olunub ki, əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün iki paralel nəticə verə bilər: bir tərəfdən insan hüquqlarının müdafiəsi üzrə milli institutların və hüquq tətbiqetmə mexanizmlərinin gücləndirilməsi, digər tərəfdən isə beynəlxalq öhdəliklərin icrasının daha sistemli şəkildə nümayiş etdirilməsi və qiymətləndirilməsi. Bunun səmərəliliyinin əsas göstəricisi isə görüşlərin və hesabatların sayı deyil, BMT mexanizmlərinin tövsiyələrinin konkret qanunvericilik və hüquq tətbiqetmə dəyişikliklərinə nə dərəcədə çevrilməsi olacaqdır.
Çimnaz Telmanqızı
01:47 / 29 Oktyabr 2026
22
01:20 / 29 Oktyabr 2026
173
01:13 / 29 Oktyabr 2026
58
00:04 / 29 Oktyabr 2026
250
23:58 / 28 Oktyabr 2026
82
23:54 / 28 Oktyabr 2026
21587
23:53 / 28 Oktyabr 2026
201
23:46 / 28 Oktyabr 2026
95
23:33 / 28 Oktyabr 2026
217
23:20 / 28 Oktyabr 2026
144
23:19 / 28 Oktyabr 2026
500
23:14 / 28 Oktyabr 2026
78
23:10 / 28 Oktyabr 2026
104
22:50 / 28 Oktyabr 2026
1131
22:45 / 28 Oktyabr 2026
89
22:37 / 28 Oktyabr 2026
86
22:33 / 28 Oktyabr 2026
82
22:29 / 28 Oktyabr 2026
417
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
97
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.