Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
224
18.09.2026, 17:00
Bu gün media nümayəndələri, jurnalistlər yalnız informasiya yayıcısı kimi deyil, eyni zamanda zamanın ən böyük problemlərindən olan dezinformasiya və saxta xəbərlər ilə mübarizə aparan rolunda da fəal olmalıdır.
Oxu24.com xəbər verir ki, bunu İsmayıllıda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı" mövzusunda konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, cəmiyyətin hər bir fərdi media savadlılığına yiyələnməlidir:
"Sosial şəbəkələrin sayəsində feyk xəbərlər, dezinformasiyalar bəzən bir neçə saat ərzində milyonlarla insana çata bilir. Yanlış məlumatın yayılması üçün saniyələr kifayətdir, amma həmin məlumatın yaratdığı yanlış təsəvvürü aradan qaldırmaq günlər, hətta həftələr tələb edə bilər. Bu baxımdan da dövlətimiz tərəfindən media savadlılığı layihəsi həyata keçirilir. Cəmiyyətimiz media savadlılığına yiyələnməlidir ki, bu tip məlumatlara aldanmasın".
H. Heydərli süni intellektin mediaya təsiri haqda da danışıb:
"Süni intellekt media üçün böyük imkanlar yaradır. Jurnalist işini sürətləndirir, məlumatların təhlilinə kömək edir, yeni kontent formalarının yaranmasına şərait yaradır. Amma digər tərəfdən, süni intellektlə hazırlanmış saxta görüntülər, səslər və videolar - deepfake texnologiyaları - informasiya mühitində etimad problemini daha da dərinləşdirə bilər".
O qeyd edib ki, dövlət, media və vətəndaş cəmiyyətinin birlikdə hərəkət etməlidir:
"Gələcəyin mediasında əsas dəyər yalnız sürət və operativlik olmayacaq. Əsas dəyər etibar və inam olacaq. Bu mübarizədə dövlət, media və vətəndaş cəmiyyətini birlikdə hərəkət etməlidir.
Dövlət, media və vətəndaş cəmiyyəti bir-birinin alternativi deyil, eyni informasiya ekosisteminin fərqli və vacib tərəfləridir. Bu əməkdaşlığı nə qədər gücləndirsək, cəmiyyətimiz yanlış məlumatlara qarşı bir o qədər dayanıqlı olacaq".
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.