Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6410
18.09.2026, 11:30
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov 2027-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 916 milyon manatın 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə cəmi 0,9 % çox olmasının narazılıq yaratmasına münasibət bildirib.
Oxu24.com xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, sosial müdafiə və sosial təminat xərcləri ümumi sosial xərclərin bir hissəsidir.
Vüqar Bayramovun sözlərinə görə, əslində, daha çox sosial ayırmalar Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vasitəsilə həyata keçirilir: "Çünki pensiya ödənişləri və müavinətlər məhz həmin Fondun büdcəsindən ayrılır. Buna görə də əvvəlki illərdə də ümumi sosial xərclərlə müqayisə etsək, bu maddə üzrə dəyişikliklər nisbətən az olub. Çünki bu, birbaşa nəzərdə tutulan xərcləmələrdir, amma sosial təminat xərclərinə və ümumi sosial xərclərə diqqət yetirsək, bütövlükdə büdcə xərclərinin 41%-dən çoxu bu istiqamətdə yönəldilib.
2026-cı ildə də sosial müdafiə və sosial təminat xərcləri 4 milyard manatdan çoxdur, ümumi sosial xərclər isə 17,2 milyard manatdır. Göründüyü kimi, bu maddə ümumi sosial xərclərin bir hissəsini formalaşdırır. Nəzərə alsaq ki, artıq növbəti ildən pensiyalar indeksləşdirilərək artırılacaq, eyni zamanda digər istiqamətlərdə də artımların olacağı gözləniləndir. Bu ondan xəbər verir ki, növbəti illərdə də sosial siyasət və sosial təminat tədbirləri prioritet olaraq qalacaq".
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.