İş adamı dələduzluğa görə HƏBS EDİLDİ
28 Oktyabr 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
17.09.2026, 21:27
2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək.
Həmin gün Günəş tam tutulacaq və bəzi ərazilərdə gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək.
Oxu24.com xəbər verir ki, Ayın Günəşin qarşısından keçməsi nəticəsində yaranacaq tam Günəş tutulmasının maksimum müddəti 6 dəqiqə 23 saniyəyə çatacaq. NASA-nın hesablamalarına görə, tutulmanın ən uzun mərhələsi Misirin cənubunda, Luksor şəhəri yaxınlığında müşahidə ediləcək. Tam tutulma zolağı İspaniyanın cənubundan başlayaraq Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən keçəcək. Luksorda tam tutulma təxminən 6 dəqiqə 22 saniyə davam edəcək. Tutulmanın maksimum mərhələsi şəhərdə yerli vaxtla saat 13:05 radələrində baş verəcək.
Mütəxəssislərin hesablamalarına görə, bu hadisə 2027-ci ildə qurudan müşahidə edilə biləcək ən uzunmüddətli tam Günəş tutulması olacaq. Belə uzunmüddətli tam tutulmanın növbəti dəfə daha uzun müddətə baş verməsi üçün uzun illər gözləmək lazım gələcək.
Günəş tutulması Azərbaycandan da müşahidə ediləcək. Lakin ölkə tam tutulma zolağında yerləşmədiyi üçün burada Günəş tamamilə qaranlığa qərq olmayacaq. Bakıda tutulma yerli vaxtla saat 13:12-də başlayacaq, maksimum mərhələyə saat 14:11-də çatacaq və saat 15:06-da başa çatacaq.
Paytaxtda bu hadisə qismən Günəş tutulması kimi müşahidə ediləcək. Yəni 2027-ci il avqustun 2-də Bakıda Günəşin bir hissəsi Ay tərəfindən örtüləcək, lakin Luksor və digər tam tutulma zolağında yerləşən ərazilərdəki kimi bir neçə dəqiqəlik tam qaranlıq yaranmayacaq. Qeyd edək ki, Günəş tutulmasını müşahidə edərkən xüsusi qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Günəşə adi gün eynəyi ilə birbaşa baxmaq gözlər üçün təhlükəlidir.Sfera.az
14:07 / 28 Oktyabr 2026
1
14:00 / 28 Oktyabr 2026
14
13:52 / 28 Oktyabr 2026
46
13:40 / 28 Oktyabr 2026
44
13:25 / 28 Oktyabr 2026
61
13:15 / 28 Oktyabr 2026
86
13:13 / 28 Oktyabr 2026
81
13:05 / 28 Oktyabr 2026
716
13:05 / 28 Oktyabr 2026
68
13:02 / 28 Oktyabr 2026
66
13:00 / 28 Oktyabr 2026
73
12:50 / 28 Oktyabr 2026
142
12:40 / 28 Oktyabr 2026
115
12:37 / 28 Oktyabr 2026
119
12:35 / 28 Oktyabr 2026
73
12:30 / 28 Oktyabr 2026
63
12:25 / 28 Oktyabr 2026
75
12:16 / 28 Oktyabr 2026
274
12:10 / 28 Oktyabr 2026
66
12:07 / 28 Oktyabr 2026
101
12:00 / 28 Oktyabr 2026
71
11:48 / 28 Oktyabr 2026
745
11:46 / 28 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.