Bələdiyyə sədri qəfil öldü
18 Noyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
345
17.09.2026, 19:10
1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib.
14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb.Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub.Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib.Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib.Onun istedadını görən Abbas Mirzə Şərifzadə təkidlə Milli Dram Teatrına dəvət edib.Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.
Hacımemməd Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm…", "Şərikli çörək" və s. filmlərdə çəkilib.Aktyorun son ekran işi "Mosfilm"in istehsal etdiyi "Tehran-43" filmi olub.Teatr aləminə gəldiyi gündən H. Qafqazlı dramaturq Cəfər Cabbarlı ilə yaxın dost olub.
Hacıməmməd Qafqazlı 1982-ci il sentyabrın 21-də, 84 yaşında Bakıda vəfat edib...
Müəllif: Tarixçi Namiq Əliyev
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.