Avtobus sürücüsü siqaret çəkdi,narazılıq yarandı -FOTO
27 Oktyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
17.09.2026, 18:07
Sabit internet tarifləri 25 manata YÜKSƏLİR: İqtisadçı artımın bazara və istehlakçılara təsirlərini AÇIQLADI
Azərbaycanda sabit internet tariflərinin oktyabrın 1-dən etibarən 18 manatdan minimum 25 manata qaldırılması cəmiyyətdə müzakirələrə yol açıb. 38,9 faizlik bu kəskin artım hər bir abonent üçün aylıq 7 manat, illik isə 84 manat əlavə maliyyə yükü deməkdir. Yüz minlərlə abonentə təsir edən bu dəyişikliyin provayderlərin xərc strukturu, bazardakı rəqabət mühiti və ümumi inflyasiya səviyyəsi fonunda nə dərəcədə əsaslandırıldığı sual doğurur. İnternet artıq təcrid olunmuş bir xərc deyil, iqtisadiyyatın bütün sahələrinin – biznesin, bankların, logistikanın və xidmət sektorunun əsas infrastrukturudur. Tarif artımının digər sektorların əməliyyat xərclərinə və son nəticədə istehlak mallarının qiymətinə necə təsir edəcəyi ciddi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov prosesin iqtisadi tərəflərini və yarada biləcəyi riskləri təhlil edib.
İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, 18 manatlıq tarifin 25 manata qaldırılması abonentlər üçün 38,9 faizlik artım deməkdir. Bu dəyişikliyin rəqəmlərdə ifadəsi aşağıdakı kimidir:
Fərdi abonent üzrə: Ayda 7 manat, ildə isə 84 manat əlavə vəsait.
Makro səviyyədə: Təsirlənən abonentlərin sayının 500 min olduğu təqdirdə, əhalinin illik əlavə ödənişi 42 milyon manata çata bilər.
Ekspert qeyd edib ki, bu vəsaitin bir hissəsi ailələrin digər istehlak xərclərindən çıxacaq, digər hissəsi isə provayderlərin əlavə gəlirinə çevriləcək. Əsas məsələ həmin əlavə gəlirin hansı hissəsinin şəbəkənin genişləndirilməsinə, texnoloji yenilənməyə və xidmət keyfiyyətinin artırılmasına yönəldilməsidir:
“Müasir dövrdə internet rəqəmsal fəaliyyətin əsas infrastruktur elementlərindən biridir. Restoranlar, mağazalar, taksi və logistika xidmətləri, onlayn satış platformaları və kiçik ofislər fəaliyyəti üçün internetdən istifadə edirlər.
Sahibkar bu xərci öz mənfəətindən qarşılaya bilmədikdə və ya mənfəət marjasını qorumağa çalışdıqda, xərcin müəyyən hissəsini məhsulun və ya xidmətin qiymətinə ötürə bilər. Beləliklə, provayderin artan xərci başqa sahibkarın xərcinə, həmin sahibkarın artan xərci isə son nəticədə istehlakçının ödədiyi qiymətə çevrilir”.
Tarif artımının əsaslandırılması üçün provayderlərin xərc strukturu, gəlirləri, mənfəət marjaları və investisiya proqramları açıqlanmalıdır. Regional müqayisələrə toxunan Asif İbrahimov vurğulayıb ki, beynəlxalq göstəricilərə əsasən orta aylıq sabit genişzolaqlı internet qiyməti müxtəlif ölkələrdə fərqlidir:
•Azərbaycan: 21,18 dollar
•Ermənistan: 18,71 dollar
•Türkiyə: 17,76 dollar
•Qazaxıstan: 15,23 dollar
•Gürcüstan: 14,87 dollar
Asif İbrahimovun sözlərinə görə ki, bu göstəricilər müqayisə edilərkən ölkələrin gəlir səviyyəsi, xidmət sürəti, paketlərin tərkibi və əhatə dairəsi mütləq nəzərə alınmalıdır:
“Aşağı qiymətli tariflərin mövcudluğu provayderləri xərclərini optimallaşdırmağa və istehlakçı üçün daha əlçatan qiymət formalaşdırmağa sövq edən əsas amillərdəndir. Minimum tarifin 25 manata qaldırılması bazarın aşağı qiymət segmetinə birbaşa təsir göstərir.
İnternet, enerji, logistika, icarə və əmək xərclərinin hər birində baş verən artımlar məcmu şəkildə biznesin xərc strukturuna təzyiq göstərir. Maya dəyərini formalaşdıran bu komponentlər nəzarətdə saxlanılmadıqda, son qiymət üzərindəki təzyiq də davam edəcək”.
Çimnaz Telmanqızı
22:48 / 27 Oktyabr 2026
1
22:44 / 27 Oktyabr 2026
21
22:41 / 27 Oktyabr 2026
29
22:39 / 27 Oktyabr 2026
96
22:37 / 27 Oktyabr 2026
29
22:24 / 27 Oktyabr 2026
70
22:21 / 27 Oktyabr 2026
46
22:03 / 27 Oktyabr 2026
215
21:55 / 27 Oktyabr 2026
68
21:46 / 27 Oktyabr 2026
70
21:33 / 27 Oktyabr 2026
485
21:14 / 27 Oktyabr 2026
359
21:09 / 27 Oktyabr 2026
80
21:01 / 27 Oktyabr 2026
74
20:59 / 27 Oktyabr 2026
109
20:40 / 27 Oktyabr 2026
448
20:35 / 27 Oktyabr 2026
66
20:35 / 27 Oktyabr 2026
83
20:27 / 27 Oktyabr 2026
102
20:13 / 27 Oktyabr 2026
78
19:57 / 27 Oktyabr 2026
107
19:39 / 27 Oktyabr 2026
96
19:19 / 27 Oktyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.