İşsiz şəxslərin nəzərinə: 478 manat...
17 Sentyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
66
17.09.2026, 10:26
Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Oxu24.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb.
Bəxtiyar Məmmədov bildirib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
Bəxtiyar Məmmədov əlavə edib ki, layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.
Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.
11:29 / 17 Sentyabr 2026
1
11:23 / 17 Sentyabr 2026
25
11:23 / 17 Sentyabr 2026
20
11:11 / 17 Sentyabr 2026
47
11:07 / 17 Sentyabr 2026
50
10:59 / 17 Sentyabr 2026
54
10:47 / 17 Sentyabr 2026
59
10:41 / 17 Sentyabr 2026
84
10:38 / 17 Sentyabr 2026
255
10:32 / 17 Sentyabr 2026
121
10:27 / 17 Sentyabr 2026
1623
10:22 / 17 Sentyabr 2026
5864
10:21 / 17 Sentyabr 2026
69
10:18 / 17 Sentyabr 2026
68
10:17 / 17 Sentyabr 2026
13286
10:11 / 17 Sentyabr 2026
72
10:09 / 17 Sentyabr 2026
60
10:07 / 17 Sentyabr 2026
62
10:03 / 17 Sentyabr 2026
68
09:55 / 17 Sentyabr 2026
70
09:39 / 17 Sentyabr 2026
69
09:28 / 17 Sentyabr 2026
520
09:25 / 17 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.