Milli Məclis mühüm qərar qəbul etdi
16 Sentyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
125
16.09.2026, 15:27
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqları, tarixi yaddaşı və xarici siyasət prioritetləri baxımından mühüm mesajlarla yadda qalıb. Dövlət başçısı çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrə, tarix boyu yetişdirdiyi böyük şəxsiyyətlərə və zəngin milli-mədəni irsə diqqət çəkib. Çıxışda Azərbaycanın türk dünyasındakı yeri və Qafqazdakı rolu ilə bağlı məsələlər də ön plana çıxıb. Prezident, həmçinin ölkənin dini və mədəni irsə münasibəti, işğal dövründə dağıdılmış dini abidələr və onların bərpası istiqamətində görülən işlər barədə mühüm fikirlər səsləndirib. Xüsusilə məscidlərin, xristian dini abidələrinin, o cümlədən Alban kilsələrinin qorunması və bərpası Azərbaycanın tolerantlıq siyasətinin praktiki nümunəsi kimi diqqət çəkir. Bu mesajların beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya təqdim olunması baxımından belə tədbirlərin əhəmiyyəti böyükdür.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Türk Dövlətləri Təşkilatı getdikcə genişlənir və təşkilat yalnız siyasi gücü ilə deyil, həm də humanitar, dini və mədəni sahələrdə birgə müzakirə və fəaliyyət istiqamətlərinin artması ilə seçilir.
Deputat qeyd edib ki, Bakıda keçirilən dini icmaların tədbirində də bu məsələlər daha aydın şəkildə özünü göstərib:
“Bu günlərdə Bakıda keçirilən dini icmaların tədbirində bu məsələlər daha aydın şəkildə üzə çıxdı və hər kəs gələcəyin birlik modelinin qurulması istiqamətindəki müzakirələrə qoşuldu. Prezident də bu görüşün iştirakçılarını, sülh və aparıcı dini liderləri qəbul etdi. Qəbulda Azərbaycanın işğaldan əvvəlki və işğaldan sonrakı siyasəti ilə bağlı çox önəmli açıqlamalar verildi”.
Fazil Mustafa vurğulayıb ki, Ermənistanın işğal dövründə törətdiyi vandalizm Azərbaycanın qarşısında ciddi problemlər yaradıb. Onun sözlərinə görə, bu vandalizm yalnız insanların qətlə yetirilməsi ilə məhdudlaşmayıb, dini abidələrə də ciddi ziyan vurulub:
“Erməni vandalizminin yaratdığı reallıqlar Azərbaycan üçün böyük çətinliklər törədib. Onlar təkcə insanları qətlə yetirməmiş, Prezidentin bildirdiyi kimi, həm də məscidləri və insanların inanc yerlərini dağıtmışlar. İndi Azərbaycan bunun fərqli bir nümunəsini ortaya qoyur və dini abidələrə fərq qoymadan onların bərpası və qorunması istiqamətində addımlar atır”.
Deputat xüsusilə xristian dini abidələri, o cümlədən Alban kilsələri ilə bağlı məsələyə diqqət çəkib. O bildirib ki, Azərbaycan bu abidələrin bərpası istiqamətində də real addımlar atır:
“Məsələn, diqqətçəkən məsələlərdən biri xristian, o cümlədən Alban kilsələrinə münasibətdir. Faktiki olaraq ermənilər Alban kilsələrini mənimsəmiş və adlarını dəyişdirmişdilər. Azərbaycan isə bu kilsələrin bərpası istiqamətində də real addımlar atdığını göstərdi. Bu da o deməkdir ki, biz tolerantlıq prinsipini yalnız siyasi təbliğat vasitəsi kimi deyil, real həyatda tətbiq edirik”.
Fazil Mustafa Prezident İlham Əliyevin çıxışında bu məsələlərə xüsusi diqqət yetirməsinin əhəmiyyətli olduğunu bildirib. Deputatın sözlərinə görə, belə tədbirlər Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından yeni imkanlar yaradır:
“Prezidentin bu məsələyə diqqət yönəltməsi olduqca önəmlidir. Belə tədbirlərdən sonra ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində faydalı tezislər və düşüncələr formalaşır. Burada iştirak edən nüfuzlu şəxslər öz ölkələrində və təmsil etdikləri beynəlxalq təşkilatlarda Azərbaycanın həqiqətlərini daha aydın çatdıracaqlar”.
Deputat hesab edir ki, bu baxımdan beynəlxalq və dini tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır və belə görüşlərin davam etdirilməsi Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına xidmət edə bilər.
“Ona görə də bu kimi tədbirlərin əhəmiyyəti böyükdür və onlar vaxtaşırı davam etməlidir ki, mesajlarımızı dünyaya doğru-dürüst çatdıra bilək”, – deyə Fazil Mustafa bildirib.
Çimnaz Telmanqızı
16:20 / 16 Sentyabr 2026
5
16:08 / 16 Sentyabr 2026
81
16:05 / 16 Sentyabr 2026
33
15:58 / 16 Sentyabr 2026
180
15:50 / 16 Sentyabr 2026
88
15:42 / 16 Sentyabr 2026
62
15:40 / 16 Sentyabr 2026
54
15:37 / 16 Sentyabr 2026
149
15:34 / 16 Sentyabr 2026
55
15:31 / 16 Sentyabr 2026
60
15:24 / 16 Sentyabr 2026
230
15:20 / 16 Sentyabr 2026
56
14:55 / 16 Sentyabr 2026
53
14:32 / 16 Sentyabr 2026
178
14:29 / 16 Sentyabr 2026
82
14:26 / 16 Sentyabr 2026
186
14:22 / 16 Sentyabr 2026
93
14:15 / 16 Sentyabr 2026
96
14:08 / 16 Sentyabr 2026
315
14:06 / 16 Sentyabr 2026
193
14:05 / 16 Sentyabr 2026
77
14:00 / 16 Sentyabr 2026
78
14:00 / 16 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.